UEFA prezidenti: “Azərbaycanın Çempionlar Liqasının finalını keçirmək şansı var”

0
568

Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin jurnalistlər üçün brifinq keçirib.

Virtualaz.org-un məlumatına görə, o, AVRO-2020 üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib: “Loqodan çox xoşum gəlir. Artıq UEFA-da işləyən əməkdaşlarıma razılığımı bildirmişəm. Loqonun arxasında duran ideya millətləri birləşdirən ideya kimidir. Burada əsas məqakörpülərdir və bu körpülər Avropadakı millətləri birləşdirir”.

A.Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: “24 saatdan az müddətdir ki, Bakıdayam. Yalnız Bakı Olimpiya Stadionunu kənardan görmüşəm və çox gözəl stadiondur. Dünən də “Qəbələ” – “Maynts” (Almaniya) oyununda oldum və “Bakcell Arena” ilə tanış oldum. Çoxlu qol gördük. Bu isə azarkeşlər üçün yaxşıdır. Gördüyüm bunlardır”.

UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır: “Bu oyunları keçirmək üçün UEFA-ya sifarişlər göndərilir. Bu UEFA çərçivəsində çox aşkar şəkildə müzakirə olunur. Qalib olmaq mümkündür. Əgər sifariş yaxşıdırsa, qalib gəlir”.

BIR CAVAB BURAXIN