Türkmənistan da Konstitusiyanı dəyişir – 7 il

0
668
Turkmenistan's President Kurbanguly Berdymukhamedov is surrounded by bodyguards during an official welcoming ceremony at the Tomb of Unknown Soldier in Sofia, August 27, 2009. REUTERS/Stoyan Nenov (BULGARIA POLITICS)

Türkmənistan Konstitusiyasına da dəyişikliklər ediləcək.

Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, sentyabrın 14-də Aşqabadda Ağsaqqallar Şurasının iclası keçiriləcək və burada ölkənin yeni konstitusiyası qəbul olunacaq. Şuranın toplanması barədə fərmanı ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıb.

Bildirilir ki, toplantıda Türkmənistan Məclisinin üzvləri, o cümlədən, bütün idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək və yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçiriləcək.

Hazırki konstitusiya ilə yeni layihə arasında əsas fərq prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasıdır. Həmçinin prezidentlik üçün yaş senzinin götürülmasi də təklif olunur.

BIR CAVAB BURAXIN