“Türkməneli TV”nin xəbərlər departamentinin rəhbəri öldürüldü

0
492

İraqın Kərkük şəhərində “Türkməneli TV”nin çəkiliş qrupuna hücum olub.
“Report” NTV-yə istinadən xəbər verir ki, Kərkük valiliyi yaxınlığında İŞİD yaraqlıları və İraqın təhlükəsizlik qüvvələri arasında baş verən atışmanı lentə almağa çalışan televiziya əməkdaşları snayper atəşinə tuş gəlib.
Nəticədə “Türkməneli TV”nin xəbərlər departamentinin rəhbəri, türkmən jurnalist Əhməd Nəcməddin Haceroğlu öldürülüb, televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb.

BIR CAVAB BURAXIN