Türkiyəli futbolçu “Yuventus”la anlaşdı

0
641

 “Liverpul”un yarımmüdafiəçisi Əmrə Can İtaliyaya köçməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvünün “Yuventus”la danışıqları müsbət nəticələnib.

Belə ki, “qoca sinyora”nın 5 illik müqavilə təklifini qəbul edən Türkiyə əsilli oyunçu mövsümün sonunda “Liverpul”u pulsuz tərk edə bilər. Çünki 23 yaşlı orta sahə oyunçusunun müqavilə müddəti yaya qədərdi. Tərəflər arasındakı razılığa görə, Əmrənin “Yuve”də illik maaşı 4 milyon avro təşkil edəcək.

 

 

Qeyd edək ki, Əmrə Can “İnter”, “Mançester Siti” və Dortmund “Borussiya”sının da maraq dairəsindədi.

BIR CAVAB BURAXIN