Türkiyədə “Range Rover” körpüdən aşdı, azərbaycanlı qadın yaralandı

0
605

Türkiyənin Afyonkarahisar bölgəsinin Sandıklı qəsəbəsi yaxınlığında “Range Rover” markalı cip körpüdən aşaraq yaxınlıqdakı tarlaya düşüb.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Arif U. adlı şəxsin idarə etdiyi 34 UY 9265 nömrə nişanlı cip yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Qəzada sürücü və onun sərnişini, Azərbaycan vətəndaşı olan qadın Hökümə M. yaralanıblar.
Qəzadan sonra hadisə yerinə gələn təcili yardım briqadası yaralıları xəstəxanaya aparıb, onların vəziyyəti kafidir.

BIR CAVAB BURAXIN