Türkiyədə hərbi bazalar iri şəhərlərdən köçürülür

0
557

Türkiyədə hərbi bazaların iri şəhərlərin hüdudlarından kənara çıxarılması prosesinə başlanıb.
Bu barədə Trend “TRT Haber” telekanalına istinadən məlumat verir.

Hazırda İstanbulda dislokasiya olunmuş hərbi bazalar köçürülür.
Hərbi bazaların paytaxt Ankara və İstanbulun hüdudlarından kənara çıxarılması prosesi sentyabrın 15-dək başa çatacaq.
Qeyd edək ki, bundan əvvəl Baş nazir Binali Yıldırım İstanbul və Ankarada hərbi bazaların bağlanması barədə bəyanat vermişdi.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edilmişdi.

 

BIR CAVAB BURAXIN