Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib

0
466

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

Türkiyənin “Akşam” qəzetinin verdiyi məlumata görə, dünən Balıkəsir rayonunun Bigadiç qəsəbəsində 68 yaşlı Ş.F. 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı, 66 yaşlı Samaya K. Ilə mübahisə edib.

Mübahisə böyüyüb və Samaya K. evi tərk etmək istəyib. Ş.F. Samaya K.-ni boğaraq qətlə yetirib. Olaydan sonra Ş. F. Bigadiç qəsəbə Polis Şöbəsinə gəlib və cinayəti etiraf edib. Samaya K.-nin cəsədi morqa aparılıb.

BIR CAVAB BURAXIN