Türkiyə turizmdən əldə edilən gəlirləri 42 milyard dollara çatdırmaq niyyətindədir

0
444

Türkiyə turizmdən əldə edilən gəlirləri 42 milyard dollara çatdırmaq niyyətindədir.

Arazinfo.com-unbTürkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkə 2018-ci ildə turizmdən 35 milyard dollar gəlir əldə edib. Bu il Türkiyəyə 36 milyon turist gəlib. Bununla bağlı Anadolu agentliyinə açıqlama verən Türkiyə Turist Agentlikləri Assosiasiyasının vitse- prezidenti Hasan Erdem deyib ki, bu, ölkə tarixində rekord məbləğdə turizmdən gəlir əldə edilməsi deməkdir. Onun sözlərinə görə, turizmdən gələn gəlir dövlət büdcəsindəki kəsirlərin müəyyən hissəsinin aradan qaldırılmasına imkan verib: “Gələn il biz turizmdən əldə edilən gəlirlərin həcmini 42 milyard dollara çatdırmağı planlaşdırmışıq. Bunun üçün bütün imkanlara malikik”.