Türkiyənin İstiqlal müharibəsində – Atatürk Azərbaycana xəyanət edibmi?

0
774

Doç. Dr. Abdulhamit Avşar

 

I YAZI

 

XX əsrin əvəllərində gerçəkləşən Türkiyə-Azərbaycan ilişkiləri iki dövlət və qardaş xalq arasındakı tarixi, dini və etnik yaxınlığı göstərməsi baxımından son dərəcə önəmlidir. Bundan başqa, bir çox yönü ilə bu günkü siyasi, iqtisadi və hərbi ilişkilərin təməlini təşkil edəcək xüsusiyyətlər daşımaqdadır. Bu mövzuda bu günə qədər aparılan araşdırmalar o dönəmi hər tərəfdən aydınlatmaqdan hələ çox uzaq olsa da, mövzu ilə bağlı ədəbiyyat hər keçən gün artmaqdadır. Bu da şübhəsiz ki, sevindirici bir haldır.

 

Bəhs etdiyimiz dönəmdəki ilişkiləri iki ana başlıq altında ələ ala bilərik. Bunların ilki, xüsusilə I Dünya Savaşı sırasında ortaya çıxan və Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun (QİO) Bakını işğaldan qurtarması və ardından gələn Mudros atəşkəsi ilə bitən dönəmdir. Türk Qafqaz İslam Ordusunun hərəkatı haqqındakı sənədlərdən başqa, bu ilk döndəmlə ilgili ədəbiyyat həm Azərbaycan, həm də Türkiyədə yox deyilə biləcək qədər azdır. Belə ki, bəhs etdiyimiz olaylarla ilgili bilinən ən dəqiq tarixi bəlgələr Çanaqqala Şəhidliyindəki Azərbaycandan gələn əsgərlərə aid məzar daşlarıdır, – deyə bilərik.

 

İlk dönəmdə yaşanan olaylardan Türk Qafqaz İslam Ordusu haqqında özəlliklə Azəbaycan tərəfində dəyərli bir bilgi olduğu söylənilə bilər. Hətta deyə bilərik ki, bu gün Azərbaycan türklərinin milli hafizəsində yer tutan Anadolu türkləri ilə bağlı ən önəmli xatirə budur və Türkiyə ilə ilgili hər şeyin yox edilməsinə çalışdığı sovet dönəmində, bu coğrafiyanı Türkiyənin varlığını davam etdirən hadisə bu olmuşdur. Bu olay eyni zamanda XVI əsrin əvəllərində iki coğrafiyanı bir-birindən ayıran acı qardaş qovğasının olumsuz imicini də tamamən aradan qaldıraraq, eyni millət olma duyğusunu yaşadan bir rol oynamışdır. Bunda o günləri görən və bolşevik rus – daşnak erməni birliklərinin qətliamına şahid olan, hərəkatın həyati rolunu başa düşən nəslin sovet dönəmi olduğu söylənilə bilər.

 

Bunlara əlavə olaraq, Türk Qafqaz İslam Ordusu hərəkatının Azərbaycanın siyasi varlığının və ölkə coğrafiyasının xarici dünya tərəfindən qəbulunda oynadığı həyati əhəmiyyətli rol, Azərbaycan tərəfində istər periodik, istərsə nəşr olunan əsər olaraq sayğı duyulacaq bir qaynaq toplusunun ortaya çıxmasına imkan yaratmışdı. Eyni zamanda, Bakının qurtuluş günü olan 15 sentyabr tarixinin milli gün elan edilməsi də bu mövzunun hər keçən il yenidən gündəmə gəlməsində və mövzuyla bağlı çalışmaların artmasında önəmli funksiya daşımaqdadır. Burada cürbəcür təşkilatların 15 sentyabr və Qafqaz İslam Ordusu mövzusunda keçirdikləri yarışmaların rolunu da qeyd etmək lazımdır.

 

Türkiyə ictimaiyyətində isə QİO ilə ilgili olaraq ciddi bir bilgi çatışmamazlığı gözə çarpmaqdadır. Azərbaycana gəlincə isə bir çox insan mövzudan agah ola bilməkdədir. Son zamanlarda bu çatışmamazlığın aradan qaldırılması üçün ən azından akademik səviyyədə çalışmaların sayının artacağı gözlənilməkdədir.

 

XX əsrin əvvəllərindəki əlaqələrdə qeyd edilməsi gərəkən ikinci önəmli mövzu isə Türkiyə türklərinin Anadolunu işğaldan qurtarmaq üçün yürütdükləri İstiqlal Savaşı (1919-1922) zamanı iki qardaş ölkə arasındakı əlaqələrdir. Bu baxımdan da ciddi bir qaynaq (mənbə) çatışmamazlığı diqqət çəkməkdədir. Bununla bağlı olaraq, müxtəlif xatirələrdəki bəzi bölümlər və daha geniş mövzulu əsərlərdə olan bir qism bilgilərdən başqa, doğrudan da heç bir mənbə yoxdur, demək olar. Hülbuki tarixin ən çətin sınaqlarının birindən keçən iki ölkə türklərinin dayanışmalarının göstərilməsi baxımından bu dönəmdə diqqət çəkiləcək çox önəmli cəhətlər vardır.

 

Beləliklə, bu yazımızın sərhədləri çərçivəsində, bəhs etdiyimiz bu dönəmdəki Türkiyə-Azərbaycan ilişkilərini Türkiyə arxivlərində ulaştığımız çeşidli sənədlər və dönəmin Türkiyə mətbuatı işığında tədqiq etməyə çalışacağıq. Ancaq Mustafa Kamal Paşanın Samsuna çıxması ilə başlayan Anadolu Milli Mübarizəsi öncəsində Azərbaycan türklərinin yardımları haqqında…

 

news-detail

 

Mudros atəşkəs müqaviləsindən əvvəl Azərbaycan türklərinin Türkiyəyə İstiqlal Savaşı öncəsi dəstəkləri

 

Birinci Dünya savaşından İstiqlal Savaşına, bir çox cəbhədə savaşlara qatılmış, təqaüddə olan Kurmay Albay Rəhim Apak, “Yetmiş yaşlı bir zabitin xatirələri” adlı kitabında, mövzumuzla əlaqəli çox diqqət çəkən bir olaya yer verir. Bu, I Dünya Savaşı zamanı, Malazgirt Ovası ətrafında baş verən bir savaşdan sonra başına gələn hadisədir. Apakın anlatdığına görə, burada baş verən bir vuruşmada rus birliyi məğlub olur və geri çəkilir. Bu birliyin komandir müavininin otağına girən türk zabiti masanın üzərində Azərbaycan dilində yazılmış bir məktub tapır. Məktubda bu ifadələr də yazılırdı:

 

“Ey müsəlmanlar və türk qardaşlar, rusun qüvvəti tükənmişdir. Bilhassa Girmaniya (Almaniya) cəbhəsində çox qırğına uğramışdır. Fəqət, rusun bir taktikası vardır. Hər yerdə qüvvətlərini zəif buraxır, bir yerə toplar və ordan saldırır. Əgər siz də bütün cəbhədə birdən hücuma keçərsinizsə, onu yenərsiniz. İnşallah, Qarsda görüşürüz…”

 

Apakın sonradan öyrəndiyimə görə, bu məktubu yazan zabit rus ordusu sıralarında xidmət edən Azərbaycan türklərindən biri olan Süleymanovdur. Apakın yalnızca soyadını andığı Süleymanov bu davranışıyla türk ordusuna önəmli bir yardım etmiş, ayrıca tabeçiliyindəki əsgərləri başqa yerə yönləndirərək Türk ordusunu ciddi bir təhlükədən uzaqlaşdırmışdır. Apak “igid” olaraq təqdim etdiyi bu azərbaycanlı zabitin öz həyatını riskə ataraq göstərdiyi şücaəti “unudulmaz” olaraq qeyd edir və ilgili bölümün başlığını “Türkün böyük övladı Süleymanov” qoyur. Apakın nəql etdiyinə görə, Süleymanov bu olaydan bir sürə sonra təqaüdə çıxarılır, bolşeviklər hakimiyyətə gələrkən isə edam edilir. Apak, Süleymanovun davranışından o qədər təsirlənmişdi ki, özünü bu sözləri sərf etməkdən saxlaya bilmir:“Biz Turana getmək üçün İstanbuldan yola çıxmışdıq, fəqət Turan, Süleymanovun şəxsində Malazgirtə gəlmişdi”.

 

Yenə Azərbaycanın ölməz simalarından Cəfər Cabbarlı “Ədirnə fəthi” adlı əsərində, Əhməd Cavad az qala hər kəsin əzbər bildiyi “Çırpınırdı Qara dəniz” adlı şeirində, Balkan savaşlarından Azərbaycan insanının Türkiyə türklərinə baxışını çox anlamlı bir şəkildə ortaya çıxardılar. Digər tərəfdən, həm Balkan, həm də Birinci Dünya savaşlarında və özəlliklə Çanaqqala cəbhəsində xeyli Azərbaycan türkünün bilavasitə Osmanlı ordusu sıralarında savaşdıqları da bilinməkdədir.

 

Bundan başqa, Birinci Dünya savaşının o sıxıntılı günlərində Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi altında fəaliyyət göstərən “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin Anadoluya çox önəmli yardımlar təşkil etdiyi bilinməkdədir. Bu cəmiyyət eyni zamanda, Anadoluda özəlliklə erməni zülmləri nəticəsində yetim qalan uşaqları, qadınları, yaşlıları qorumaq üçün də fəaliyyət göstərirdi və bu amacla “Qardaş köməyi” adlı olduqca geniş və yaxşı təşkil edilmiş bir yardım səfərbərliyi gerçəkləşdirmişdi (həyata keçirmişdi).

 

Digər tərəfdən, yuxarıda qısaca vurğulandığı kimi, Azərbaycan türkləri, Bakıda qurulan rus-bolşevik və ermənilərin hakim olduğu Şaumyan tabeçiliyindəki güclər tərəfindən kütləvi qətliamlara məruz qalmağa başlayınca, bir çox cəbhədə savaşmaq məcburiyyətində qalmasına baxmayaraq, Osmanlı rəhbərliyi Azərbaycana yardım etmək qərarını verəcək və yardıma əsgər göndərəcəkdir. Cəbhələrdə əsgər sayının azaldılması və Anadolunun bir çox yerindən könüllü əsgər toplanmasıyla təşkil edilən bu orduya, Qafqaz İslam Ordusu adı veriləcəkdir. Yazının mövzusu İstiqlal Savaşı dönəmindəki ilişkilər olduğundan bu həyati əhəmiyyətli olayın üzərində durmayacağıq. Ancaq Azərbaycan tarixində oynadığı rolun yanında, o dönəmi araşdıran bəzi tarixçilərin fikrincə, Qafqaz Hərəkatı üçün əsgər göndərilməsinin Türkiyənin digər cəbhələrdəki hərbi durumunu zəiflətdiyi, müxtəlif cəbhələrdə məruz qalınan məğlubiyyətlərin əsas səbəblərindən biri olduğu iddiası göz önünə alınarsa, göstərilən fədakarlığın önəmi daha da yaxşı anlaşılacaqdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövrü: Azərbaycan-Türkiyə əlaqələri

 

30 oktyabr 1918-ci il tarixli Mudros atəşkəs müqaviləsindən sonra, Türkiyə və Azərbaycanın ilginc bir tablo ilə qarşı-qarşıya qaldıqları görülməkdədir. Türkiyədə, özəlliklə Mustafa Kamal Paşanın Samsuna ayaq basması və ondan sonra başlatdığı İstiqlal Savaşıyla birlikdə, Osmanlı Türkiyəsinin dörd bir yanını işğal etməyə başlayan ingilis, fransız və italyan işğalçı qüvvələri ilə mübarizə üçün hərəkətə keçilirkən Azərbaycanda 28 may 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Mudrosdan sonrakı dönəmdə varlığını davam etdirə bilmək və yeni bir rus hegomonluğunundan qurtula bilmək üçün eyni güclərlə dialoq qurmaq durumu ilə qarşı-qarşıya qalmışdı. Bu anlamda Ankara hökuməti bolşevik Rusiyasına yaxınlaşma siyasətini yürütmə durumunda qaldığı zaman Azərbaycandakı milli hökumət isə qaliblərə müstəqilliyini qəbul etdirə bilmək, onlarla dialoq qurmaq və dəstək ala bilmək üçün ağır bir diplomatik fəaliyyət göstərmək məcburiyyətində idi.

 

Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Anadoluda başlayan Milli Mücadilə (mübarizə) hərəkatının məqsədini yaxşı anlamış, vəziyyətə biganə qalmayaraq əlindəki imkanlarla yardım göstərmək üçün hərəkətə keçmişdir. Mustafa Kamal Paşanın Türkiyə Böyük Millət Məclisinin açılışının ertəsi günü – 24 aprel 1920-ci ildə keçirilən gizli toplantıda söylədiyi bu sözlər açıq olaraq bunu göstərməkdir:

 

news-detail

 

“Azərbaycan, hamımızın məlum olduğu kimi istiqlaliyyətini təsdiq etdirmiş bir vəziyyətdədir. Onların dahi bizə qarşı səmimiyyətləri vardır. Fəqət özü zatən istihsali istiqlaliyyət etmiş olduğu üçün bizimlə olan münasibəti bittabi rəsmi bir şəkildə deyildir. Fəqət, bizim məqsədimiz üçün bütün mənası ilə çalışabiləcək ünsurlara malikdir” (TBMM Gizli Zabıtları (qeydləri), 2. İnikat, 4. Celse, 23 nisan, 1336 (1920).

 

Göründüyü kimi, Atatürkün bu sözləri, Azərbaycan türklərinin, özlərinin çox çətin durumda olmalarına baxmayaraq, Anadolu türklərinin var olmaq uğrunda apardıqları mübarizəyə göstərdikləri yaxınlığı birinci ağızdan duyulmaqdadır.

 

Milli Mübarizənin başlamasıyla, Azərbaycan türkləri Anadoluya mənəvi dəstəyi ilə birlikdə müxtəlif maddi dəstəklər də göstərmişdir. Bu maddi dəstək movzusu çox önəmlidir. Çünki Azərbaycan Xalq Cümhuriyyəti o tarixlərdə hələ bir yaşında dövlət idi. Daha öz varlığını qəbul etdirmək, yaşamaq uğrunda mübarizə aparmaqdaydı. Bu vəziyyətə və yardıma ehtiyac duyduğu güclərin Anadolu Milli Mübarizəsinin düşmənləri olduğuna baxmayaraq, əlindən gələn yardımı göstərməyə çalışmışdır.

 

Məsələn, prof. Dr. Cəmaləddin Taşkırana görə, Azərbaycan hökuməti müxtəlif araçlar vasitəsi ilə, Amasiyada olan Cəmil Cahit (Toydemir) bəylə yazışır və Kazım Karabəkir kanalıyla Heyəti Təmsiliyəyə çatdırılması üçün şifrəli teleqraflar göndərirdi. Və bu teleqraflarda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Anadoludakı Milli Mübarizəyə hər cür yardıma hazır olduğunu bildirdi. Yenə o dönəmdə, Azəbryacan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı miqdarında pul yardımını göstərən çek və neft qəbzlərini imzalamaqla Milli Mübarizə rəhbərlərinə təhvil vermişdir. Bundan başqa, Yusifbəylinin Türkiyədən Rauf (Orbay) bəyin Azərbaycana gəlməsinin uyğun olacağını söylədiyini, silah və cəbhəxana, nə miqdarda lazımsa verəcəklərini, amma necə, hansı yoldan göndərəcəklərini bilmədiklərini ifadə etdiyini, Kazım Qarabəkr Paşa “İstiqlal hərbimiz” adlı əsərində müxtəlif yazışma bəlgələri ilə birlikdə ortaya qoyur.

 

Digər tərəfdən, 1,5 milyon franklık pulun göndərilişi Mustafa Kamal Paşanın 18 may 1921 və 16 noyabr 1921-ci il tarixlərində, TBMM-nin Bakı təmsilçisi Memduh Şövkət (Esendal) bəyə yazdığı məktublarda da təsdiq edilməkdədir. Bu məktubların ilkində Mustafa Kamal, Memduh Şövkət bəydən “İnqilabdan əvvəl, hökumət (yəni Azərbaycan Xalq Cümhuriyyəti hökuməti A.A.), Mir Yusif Vəzirov vasitəsilə müxtəlif çeklərlə bir milyon frank həvalə etmişdi. Bundan başqa da bir miqdar pul göndərmişdi” – deyərək, sözü gedən məbləğin bir qisminin əllərinə çatdığını, ancaq bir milyon frank (qızıl) dəyərində yardımın, Azərbaycan Xalq Cümhuriyyəti yıxıldığından göndərilmədiyini bildirir. Memduh Şövkət bəydən bu pulun“Azərbaycan hökuməti xəzinəsi” tərəfindən təmin edilməsi üçün çalışmasını istəyirdi.

 

Mustafa Kamal Paşa tərəfindən qələmə alınan ikinci məktubdan da yeni Azərbaycan hökumətinin Mustafa Kamal Paşanın bu istəyini müsbət qarşıladığı anlaşılır. Çünki Mustafa Kamal təxminən beş ay sonra yazdığı bu məktubda “Azərbaycan hökumətinin dəstəyi ilə bağlı hərəkəti-insaniyyəsinə təşəkkür edirəm. Bu təşəkkürümü, suret-i münasebede çatdırılmasını rica edirəm” – deyərək, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti zamanında vəd edilmiş 1 milyon qızıl dəyərindəki yardımın həyata keçirilməsinə görə məmnunluğunu ifadə etməkdədir.

 

Bu mövzuyla ilgili vəfatından bir az öncə görüşdüyümüz dr. Məhəmməd Kəngərli də 1,5 milyon franklık bu yardımın dışında, daha çox yüksək miqdarda başqa bir pul yardımının da Nağı Keykurun (Şeyxzamanlı) tərəfindən Türkiyəyə gətirilərək hökumətə təslim edildiyini ifadə edir. Kəngərli Şeyxzamanlı ilə görüşlərində yardımın miqdarını öyrənməyə çalışdığını ancaq onun “doktor, bu qardaş yardımıdır… Bunu yapan da mən yardım yaptım deməz” – deyərək söhbətdən yayındığını bildirir. (admiral.az)

BIR CAVAB BURAXIN