Türkiyəli futbolçu Fransanın Lill klubuna transfer olıunub

0
608

Türkiyəli futbolçu Mehmet Zeki Çelik bundan sonra karyerasını Fransada davam etdirəcək.

Faktor.az xəbər verir ki, TFF 1-ci liqa təmsilçisi “İstanbulspor”un şərəfini qoruyan milli üzvü Fransanın “Lill” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Çelik “Bursaspor”un yetirməsidi. Bu üzdən də “İstanbulspor”, onu alarkən nəzərdə tutulmuş razılığa əsasən, futbolçunun transfer məbləğinin yarısını “Bursaspor”a ödəməli olacaq.

2016-cı ildən “İstanbulspor”da çıxış edən sağ cinah müdafiəçisinin çıxışı hətta Türkiyə millisinin baş məşqçisi Mirça Luçeskunun da diqqətini çəkib və onu yığmaya dəvət edib. Mehmet Zeki ötən ay Türkiyənin Rusiya ilə yoxlama oyununda da forma geyinib.

BIR CAVAB BURAXIN