Bu gecə Türkiyənin üç şəhərində keçirilmiş polis əməliyyatı nəticəsində kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, həmçinin bu partiyadan olan 14 TBMM deputatı həbs olunublar.
“Anadolu” agentliyinin məlumatına görə, S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbakırdakı evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.
Məlumata görə, F.Yüksəkdağ Yüksekova rayonu Terrorçuluqla Mübarizə İdarəsinə aparılıb.
Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbakır Prokurorluğu tərəfindən verilib.
S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.
S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
Partiya nümayəndəsinin sözlərinə görə, həbslər Ankara, Diyarbəkir Mardin və digər şəhərlərdə keçirilib.
DHP-nı PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.
Həbs edilməmişdən bir neçə dəqiqə əıvvəl HDP həmsədri Səlahəddin Dəmirtaş özünün “Twitter” mikrobloqunda qapısının arxasında onu həbs etməyə gəlmiş təhlükəsizlik xidməti əməkdaşlarının olduğunu yazıb.