Türkiyədə həbsdə olan avstriyalı jurnalist azad edilib

0
601
Türkiyədə terrorizmi təbliğ etməkdə günahlandırılan avstriyalı jurnalist Maks Tsirnqast ölkəni tərk etməmək şərti ilə azad edilib.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ev dustağı kimi daimi nəzarət altında saxlanılacaq Maks Tsirnqast üzərində məhkəmənin isə gələn ilin aprel ayının 11-də keçiriləcəyi gözlənilir. Ona qarşı Türkiyədə terrorun təbliği və terrorçu təşkilatın üzvü olmaq barədə ittiham irəli sürüləcəyi gözlənilir.
Tsirnqast bu ilin sentyabr ayında həbs edilib. O son 3 ildə Türkiyədə yaşayır və Ankara universitetində oxuyurdu.