Türkiyədə goranboylu qız axtarılır

0
422
11

Türkiyədə yaşayan Səməd İlgün Samirə adlı azərbaycanlı qızla Türkiyədə toy etməyə hazırlaşdığını və adıçəkilən qızın birdən-birə yoxa çıxdığını iddia edir.

Səməd İlgün bununla bağlı femida.az-a danışıb. O deyir ki, Samirə gedərkən 3500 dollar pul, qızıl-zinyət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb: “Dənizlinin Acıpayam Gümüş məhəlləsində yaşayıram. Türkiyədə toy mərasimində Samirə Namazova adlı qadınla tanış oldum. Qız Azərbaycanın Goranboy rayonundandır. Bir-birimizi sevdik. Nəhayət, bir müddət keçdikdən sonra evlənmək qərarına gəldik. Hər şeyi, hətta gəlinlik paltarını belə almışdım. Toya hazırlaşırdıq. Lakin toy günü Samirə birdən-birə yoxa çıxdı. Gedərkən 3 min dollar pul, aldığımız qızıl-zinyət əşyalarını və gəlinlik paltarını da özü ilə aparıb”.

Səməd qızın tapılması üçün kömək istəyir: “Xahiş edirəm, o qızı tapmaqda mənə köməklik göstərin. Bildiyimə görə, Azərbaycanda gözəllik salonu işlədir. Anasının adı Hicrandır. Nənəsi isə Türkiyədə yaşayır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two + 5 =