Türkiyədə başına 1 milyon lirə pul mükafatı qoyulmuş terrorçu məhv edilib

0
528
 

Türkiyənin təhlükəsizlik qüvvələri başına 1 milyon lirə pul mükafatı qoyulmuş terrorçunu məhv edib. Bu barədə İHA məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat Bingöl vilayətində keçirilib. Belə ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışma zamanı 11 terrorçu məhv edilib. Öldürülənlər arasında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan və başına 1 milyon lirə pul mükafatı qoyulmuş “Asut Star” ləqəbli, S.C. adlı terrorçu da var.

O, ayrı-ayrı vaxtlarda jandarm qüvvələrinə qarşı terror hücumlarında və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsində iştirak edib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − six =