Türkiyə turizmdən əldə etdiyi gəliri açıqladı

0
433

 


Türkiyə Statistika Təşkilatı iyul-sentyabr ayları üzrə turizm statistikasını açıqlayıb. Türkiyənin turistlərdən əldə etdiyi gəlir cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,6 faiz artıb. Nəticədə 11 milyard 391 milyon 668min dollar olub. Turizmdən əldə olunan gəlirin 77 faizi xaricilərin, 23 faizi isə xaricdə yaşayan və ölkəyə səfər edən yerli vətəndaşların payına düşüb. Xərcləmələrin 8 milyard 855 milyon dollarını fərdi, 2 milyard 536 milyon dollarının paket tur xərcləmələri təşkil edib. Turistlər adambaşına ortalama 684 dollar xərcləyiblər.Oxu.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 3 =