Türkiyə Rusiyadan S-400-ləri gələn il alacaq

0
440

Türkiyə Rusiyadan S-400 zenit-raket-komplekslərini gələn ilin oktyabr ayında alacaq.

Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə müdafiə naziri Hülusi Akar deyib: “S-400 zenit-raket komplekslərinin Türkiyəyə gələn ilin oktyabr ayında çatdırılması nəzərdə tutulub. Hazırda biz S-400 üzrə mütəxəssislərin hazırlanması prosesini həyata keçiririk”.

Onun sözlərinə görə xüsusi hərbi-texniki mütəxəssis qrupu gələn ilin əvvəlində Rusiyaya gedərək S-400-ləri işlətmə mexanizmini öyrənəcəklər.

 

 

BIR CAVAB BURAXIN