Türkiyə Xarici İşlər nazirliyi xaricdə fəaliyyət göstərən səfirliklərinin fəaliyyətini nəzərdən keçirərək onların çoxunun yenisi ilə əvəz edilməsi barədə qərar qəbul edib.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkənin xarici siyasət idarəsi rəhbərliyi dünyanın 25 ölkəsinədki səfirliklərini geri çağıraraq onların əvəzinə yenilərini təyin edib. Strateji baxımdan maraq doğuran məsələdən biri də Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriözü geri çağıraraq onun yerinə xarici işlər nazirliyinin konsul məsələləri üzrə departamentinin rəhbəri Mehmet Samsarı təyin etməsidir. Belə güman edilir ki, Diriözün yenisi ilə əvəz olunması daha çox onun işindəki hansısa nöqsanlarla bağlıdır. Əks halda iki ölkə arasında münasibətlərin daha da normallaşdığı bir vaxtda Türkiyə Rusiyaya yeni səfir təyin etməzdi.