Türkiyə Mosul əməliyyatı ilə bağlı istədiyinə nail oldu

0
454

İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi Mosul əməliyyatında Türkiyə ordusunun təlim keçdiyi 2500 hərbiçidən ibarət sünni “Haşdi Vatani” (və ya “Ninnova könüllüləri”) adlı hərbi birləşmə də iştirak edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda deyilir ki, Mosul əməliyyatı ilə bağlı Türkiyə öz istəyindən geri çəkilməyib:

“Bir neçə gün öncə İraqın baş naziri İbadi Türkiyəni geri çəkilməyə dəvət etmişdi. Ancaq Türkiyə tərəfi bunu rədd etmişdi. Türkiyə öz mövqeyindən geri çəkilmədi və istədiyinə nail oldu. Bununla da Mosul əməliyyatında PKK və ya PYD terrorçuları iştirak etmədi. Əksinə, Türkiyə ordusunun Başikada təlim keçib hazırladığı 2500 nəfərlik “Haşdi Vatani” və ya “Ninnova könüllüləri” adlı hərbiçilər Mosul əməliyyatında İŞİD-ə qarşı döyüşüblər. Digər tərəfdən isə Türkiyənin istədiyi kimi, “Haşdi Şabi” şiə hərbiçiləri Mosul əməliyyatına qatılmayıb. Halbuki, əməliyyatdan sonra həm PKK və PYD, həm də “Haşdi Şabi” qrupu Mosulla bağlı pay istəyə bilərlər”.

Publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

7 − one =