“Türkiyə ilə yaxınlaşmaq məcburi yoldur”

0
492

Afrinə hərbi müdaxilə ABŞ-a açıq mesajdır. Suriyada müharibədən sonrakı vəziyyət Türkiyənin razılığı olmadan baş tutmamalıdır. Hər hansı bir şəkildə kürd nəzarəti altında formalaşdırılacaq bir quruluş Türkiyə tərəfindən qəbuledilməzdir.

Bunu Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel “Der Taqesşpiqel” qəzetində yayımlanan “Afrindən sonra Türkiyə və Afrin ABŞ-a bir mesajdır” başlıqlı məqaləsində yazıb. O, Türkiyənin Afrin qələbəsindən sonra siyasi gücünün artdığını bildirib:

“Türkiyə Suriyadakı kürd bölgələrində keçirdiyi hərbi əməliyyatlar üçün böyük bir bədəl ödəməyə hazırdır: Artıq Qərbə bağlanmamaq…”

Qabriel PYD və YPG-nin ABŞ-da olduğu kimi, Avropa ölkələrində də terror təşkilatı kimi qadağan edilmədiyini, ancaq Türkiyənin və bir sıra beynəlxalq müşahidəçilərin terror təşkilatı PKK ilə PYD və YPG arasındakı bu ayrı-seçkiliyin süni olaraq yaradıldığı fikrində olduğunu deyib:

“PKK ilə YPG arasındakı bağlılıq sadəcə ideoloji və simvolik deyil. YPG və PYD PKK-nın strateji liderliyi altında olsa da, nisbətən daha azaddır. ABŞ İŞİD-lə mübarizədə PYD və YPG-ni silahlandıraraq Suriyanın şimalında kürd quruluşu yaradılmasına icazə verərək Türkiyəni təhrik etmiş olur. Türkiyənin bu vəziyyəti qəbul etməsi mümkün deyil. Buna görə də Türkiyə hərbi müdaxiləyə davam edəcək”.

Sabiq nazir Türkiyənin Qərbə bağlı olmaq istəmədiyini, bu səbəbdən də ABŞ-la yarana biləcək geosiyasi böhrandan qorxmadığını yazıb:

“ABŞ Türkiyə ilə olan ixtilafa ya nəzarət edilə biləcəyini düşünür, ya da Türkiyənin geostrateji əhəmiyyətini gözardı edir. İlk təxmin xəta ola bilər, ikincisinin nəticəsi fəlakətdir, xüsusilə də biz avropalılar üçün”.

Müəllif Türkiyə ilə münasibətlərdə mənfi nəticə əldə etməmək üçün bütün Avropa ölkələrinin yeni bir strategiya yaratmasının vacibliyinə toxunub:

“Bu ölkə ilə münasibətləri inkişaf etdirmək üçün daha çox səy göstərmək lazımdır. Problemlər Rusiyaya tətbiq edilən uğursuz sanksiyalarda olduğu kimi həll edilməyəcək. Türkiyə bu məsələdə narahat deyil”.

Z.Qabrielin sözlərinə görə, Türkiyənin Rusiya ilə silahlanma sahəsindəki əməkdaşlıq barədə düşünməsi çox əhəmiyyətlidir:

”Türkiyə ilə yaxınlaşmaq məcburi yoldur. Yaxınlaşma cəhdlərinin uğurlu olacağını dəqiq söyləmək olmaz, amma bütün risklərə baxmayaraq, bu yolda irəliləmək lazımdır. Türkiyənin Qərbdən, NATO-dan və Avropadan uzaqlaşması bizim və bu ölkədə yaşayan vətəndaşlar üçün çox böyük risk ola bilər”.Axar.az

BIR CAVAB BURAXIN