Türkiyə böyük əməliyyata başlayır – ABŞ-ın “kürd planı”na ZƏRBƏ

0
585

Türkiyə Suriyanın şimalında terror dəhlizini qırmaq üçün müxalifət gücləri ilə əməliyyat planı hazırlayıb.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxalifət gücləri Cerablusu PYD-dən (PKK terror təşkilatının Suriya qolu) daha əvvəl İŞİD terror təşkilatından azad etmək üçün hazırlıqlarını davam etdirir.

 

Türkiyə əməliyyata havadan dəstək verəcək. Haubitsalar əməliyyat boyunca hazır vəziyyətdə saxlanılacaq. Türkiyə Silahlı Qüvvələri müxalifətə radar dəstəyi verəcək.

 

Suriyanın şimaklındakı strateji əhəmiyyətli Cerablus şəhəri Karkamış sərhəd-keçid məntəqəsinin qarşısında yerləşir. Münbiç şəhərini ələ keçirdikdən sonra növbəti hədəfinin Cerablus olacağı bildirilir. Bununla ölkənin şimalında qurmaq istədikləri dəhlizi tamamlamağa çalışacaqlar. Vətəndaş müharibəsi ərzində İŞİD-in geri çəkildiyi ərazilər bir müddət sonra PYD-nin əlinə keçib. İŞİD-in Cerablusdan da çəkilmək üçün hazırlıq gördüyü bildirilir.

 

Qaziantep valiliyi dünən Suriya sərhədindəki təxminən 10 kilometrlik bir ərazidə müvəqqəti təhlükəsizlik bölgəsi elan edib. Təhlükəsizlik bölgəsinə 15 gün ərzində vətəndaşlar və avtomobillərin girişi qadağan edilib.

 

Qeyd edək ki, Fərat çayının qərbi Türkiyə üçün “qırmızı xətt” hesab olunurdu. Ankara dəfələrlə açıqlanmışdı ki, PYD gücləri Fəratın qərbinə keçəcəkləri halda, Türkiyə onları vuracaq və bölgəyə müdaxilə edəcək. Lakin, yuxarıda da deyildiyi ki, Vaşinqton Türkiyəyə müəyyən vədlər verərək PYD-nin “qırmızı xətt”i keçməsini təmin edib. Ekspertlərin fikrincə, hazırkı vəziyyətdə Türkiyə üçün çox ciddi təhdid yaranıb.

 

ABŞ-ın Türkiyəyə verdiyi zəmanətə görə, Fərat çayının qərbində yerləşən Münbiç İŞİD terror təşkilatından alındıqdan sonra əməliyyatlara qatılan PYD buranı tərk etməli idi. Lakin bu, baş verməyib. Bir neçə gün əvvəl Suriya Demokratik Gücləri (SDG – əsas hissəsini PYD gücləri təşkil edir – red.) adı altında Münbiçdə nəzarəti ələ keçirib.

 

Bir neçə gün əvvəl SDG və Suriya Ərəb Koalisiyasının yeni hədəfinin Bab şəhəri olduğu açıqlanıb. PYD-nin Münbiçdən Fəratın şərqinə çəkilməyərək Baba doğru irəliləmək istəməsi aylar əvvəl elan etdikləri “Şimali Suriya Federasiyası”na doğru əhəmiyyətli bir addım hesab edilir.

BIR CAVAB BURAXIN