Türkiyə Avropaya “müharibə” elan etdi

0
587
epa05845816 A Turkish armed riot policeman guards in front of the Dutch Consulate in Istanbul, Turkey, 13 March 2017. Turkish Family Minister Fatma Betul Sayan Kaya was barred by Dutch police from entering the Turkish consulate in Rotterdam on 11 March, after the Dutch government had denied landing rights to Turkish Foreign Minister Cavusoglu who planned a speech at the consul's residence in Rotterdam. The incidents have led to a diplomatic row between the two countries, and protests by Turkish citizens in the Netherlands as well as in Turkey. EPA/SEDAT SUNA

Hollandiyanın Ankaradakı səfriliyi

Hollandiyanın Ankaradakı səfriliyi

Türkiyə bəyan edib ki, Hollandiya ilə yüksək səviyyədə bütün siyasi müzakirələri dayandırır.

Ankara bunu da bildirib ki, Avropaya miqrant axının dayandırılması barədə Brüssellə bağlanmış saziş də birtərəfli qaydada dayandırılır.

Bu məlumatları martın 13-də axşamın gec saatlarında Türkiyə baş nazirinin müavini Nurettin Canıklı elan edib.

Bundan əvvəl Türkiyənin Hollandiya və Almaniya ilə münasibətləri son dərəcə gərginləşmişdi. Buna səbəb Almaniya və Hollandiyanın öz ərazilərində Türkiyə hökumət mitinqlərinin keçirilməsinə icazə verməməsi olmuşdu.

Canıklı deyib ki, Ankara qaçqın və miqrant axının tənzimlənməsinə dair Brüssellə imzalanmış sazişi yenidən qiymətləndirməlidir.

Bu arada Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın 13-də Ankaranın Avropa və NATO-dakı müttəfiqləri ilə qarşıdurmanı kəskinləşdirən bəyanatlar verməkdə davam edib. O Almaniya kansleri Angela Merkeli “terrorçuları dəstəkləməkdə” ittiham edib.

Bundan əvvəl, ötən həftəsonu Erdoğan Hollandiyanı iki dəfə özünü nasistlər kimi aparmaqda günahlandırmışdı.

Ötən həftə ərzində bir sıra Avropa İttifaqı şəhərləri Türkiyə nazirlərinin orada keçirilən türk icması mitinqlərində çıxış etməsini qadağan ediblər.

Türkiyə nazirləri öz ölkələrində aprelin 16-da keçiriləcək referendumda ölkənin siyasi sisteminin dəyişməsi üçün təbliğat aparırlar. Yeni sistem prezident Erdoğana məhdudiyyətsiz hakimiyyət verməlidir.

Martın 13-də Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və Aİ-nin genişlənmə üzrə komissarı Johannes Hahn Türkiyəni “vəziyyəti daha da gərginləşdirəcək aşırı bəyanatlar verməkdən çəkinməyə” çağırıb.

Lakin Erdoğan martın 13-də A-Haber telekanalına müsahibəsində Merkeli Ankara tərəfindən göndərilmiş 4500 dosye barədə heç bir tədbir görməməkdə günahlandırıb. Bu dosyelər Ankaranın nəzərində terrorçu sayılan şəxslər barədə idi.

Bundan başqa Erdoğan televiziya müsahibəsində Hollandiyanı “demokratiyanı anlamamaqda” ittiham edib.

Martın 13-də axşam Türkiyə hökuməti Hollandiya səfirinin Ankaraya buraxılmayacağını bildirib. Səfir hazırda məzuniyyətdədir.

BIR CAVAB BURAXIN