Türkiyə Aralıq dənizində oyunu pozdu – Xüsusi təyinatlılar Liviyada

0
213

Türkiyə Tripolidə Liviyanın Milli razılıq hökumətinə xüsusi təyinatlı dəstə, hərbi müşavirlər və hərbi texnika göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al-Arabiya” telekanalı xəbər verib.

“Türkiyə Milli razılıq hökuməti üzvlərinin müdafiəsi üçün Tripoliyə xüsusi təyinatlı dəstə göndərib”, – deyə telekanalın xəbərində bildirilir.

Mənbənin məlumatına görə, Milli razılıq hökuməti Türkiyədən hərbi texnika istəyib. Türkiyə də öz növbəsində bu ölkəyə hərbi texnika göndərib.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara bu ölkəyə öz hərbçilərini göndərmək də daxil olmaqla, Liviyanın Milli Razılıq Hökumətinə istənilən dəstəyi verməyə hazırdır.

Türkiyə Liviya milli ordusunun komandanı Xəlifə Haftarı qanuni rəhbər hesab etmir.

AKP-dən olan millət vəkili Emrullah İşler qeyd edib ki, bununla Türkiyə böyük güclərin Aralıq dənizindəki çirkin oyununu pozdu: “Anladılar ki, bölgədə əsas söz sahibi Türkiyədir.