“Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”

0
270

Türkiyə  Amerika  istehsalı olan elektron məhsulları  boykot edəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib:

“Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda iPhone varsa, digər tərəfdə “Samsung” , “Vestel”, “Venus”  da mövcuddur. Biz özümüzə bəsik”.

Ərdoğan  qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir:

“Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 + twenty =