“Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır”

0
561

Türklük də bir inancdır: ucalıqdır, saflıqdır, əxlaqdır, ədalətdir, sevgidir, bir sözlə Tanrıçılıqdır. Bu anlamda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qaqauz Yeri, Yakutistan, Türkmen Eli, Uygur ve başqa Türk dövlətlərinin bayrağındakı göy ya da mavi boya yalnız milli kimliyimizi deyil, həm də inancımızın atributudur.

Arazinfo.com-a açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbər deyib ki, Türklük ya da Tanrıçılıq bizim özümüz və özülmüzdür. Ancaq Türkün öz inancı ilə yanaşı, ona yaxın gördüyü digər dinləri, xüsusilə də İslam dinini qəbul etməsini ifratlaşdırmaq doğru deyildir. Doğrudur, bu gün Türk xalqlarının böyük çoxluğu İslam dinidir. Bu o deməkdir ki, Türk xalqları mövcud dinlər arasında ən çox İslam dinini öz inancına, yəni Tanrıçılığa yaxın bilmişdir. Şübhəsiz, Türk bilgələri, Türk xaqanları bu seçimi edərkən yuxarıdakı amili və dövrün şərtlərini də nəzərə almışdır.

Bir sözlə, Türk olaraq İslam dininin dəyərini yaxşı anlamaqla yanaşı, amma hələ də öz inanclarına sadiq qalan Türk xalqlarını da, o cümlədən xristian türklərini, buddist türkləri, yəhudi türklərini də görməzdən gələ bilmərik. Onlar da bizim bir parçamız, yəni özülmüzdür. Ona görə də, matrudilər, yəsəvilər kimi bizlər də Türklüyümüzü daima bir addım öndə tutmalı, dini inancı önə çəkib milli kimliyimizin üstündən xətt çəkməməliyik.

Əhməd Yəsəvi demişkən, Türklük qədərimiz, din seçimimizdir. Bu anlamda Azərbaycan Türk bayrağındakı məfkurəyə və ardıcılığa əməl etməliyik.

Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru 

BIR CAVAB BURAXIN