Türk Günəş tək parlayacaq!!!

0
395
“Türk Günəş tək parlayacaq!!!- Bəşəriyyətin nicatı türk demokratiyasıdır!!! Müəllif Nə xoşbəxtdir,Türkəm deyən!!! Mustafa Kamal Atatürk Nə çoxdur qaş-göz adamı, Hər kəsə adam deyilməz. Mənəm haqqın söz adamı, Haqq sarsılmaz, haqq əyilməz. Haqq dinməsə təbim gəlməz, Hər uğrumdur haqq uğuru. Sözüm nurdur, sözüm ölməz, Sözümdə var haqqın nuru. Məndə nuru duymayanlar, Satar eli, yurdu Allah. Məni haqq tək saymayanlar, Laldı, kardı, kordu Allah. Mən Nizami, mən Nəsimi, Mən Füzuli heyranınam. Mən sındırram hər tilsimi, Mən danışan “Quran”ınam. Haqqı nahaqqa vermərəm, Nahaqq hər kimsə heç kimdir. Ölləm, haqqsız iş görmərəm, Haqq Allahım, haqq eşqimdir. Şöhrət, sərvət kölələri, Qurar qorxunc torlar Allah. Lənətlikdir elələri, Onlar haqqı xorlar Allah. Ruhumda hey eşqin kükrər, Bu nadana hərzə gələr. Qəzəblənsəm yer-göy titrər, Kəhkaşanın lərzə gələr. Saf qəlbimə kim toxunsa, Ən pis kökə salmağın var. Ona verib layiq cəza, Xoş xəyala dalmağın var. Mənəm sənin haqq qırmancın, Haqq fərəhin, təbəssümün. Üzü unlu dəyirmançın, Çərxi-fələk təlatümün. Kamillik fəthi-nüsrətdir, Kamil kimsə Allah qıymaz. Bu ürfanı bir söhbətdir, Bunu iblis, şeytan duymaz. Mən-mən deyən deyil əsil, Mən-mən deyil, mən sən Allah. Mən sən oldum sən onu bil, Demək oldun sən mən Allah. Loğman deyə andığın mən, Vaxt-vədəsiz ölüm nədir??? Könlü ümman sandığın mən, – Şəfan, vəfan könlümdədir!!! Mən sənin haqq gücündəyəm, Günəşin nur saçar məndən, Mən mənliyin içindəyəm, Mənliksizlər qaçar məndən. Nə var, nə var onlar harın, Nə var, nə var mən yoxsulam. Onlar rəzil qulu varın, Mənsə haqqa sadiq qulam. Onları elə tutub cər, Ölüncə çər çətin gedər. Onlar vətənə and içər, Əməldə yurdu üyüdər. Eləsi var dost-doğmamdır, Eloğlumdur, yurddaşımdır. Mənimki – atam, anamdır!!! Məslək amal, sirdaşımdır!!! Sənin işıq sürətinlə, İtə bilməz bir anlığın. Sənin fitri qüdrətinlə, Yarılar hər qaranlığın. Dünyan, çox da istər sonu, Tutub çarxın burram Allah. Sənin Lövhü-Məhfusunu, Bu dünyanda qurram Allah. Ar-namusdur eşq-məhəbbət, Mərdanəlik, dəyanətdir. Azğın-pozğun eyşi-işrət, İnsanlığa xəyanətdir. Sənə çoxu çox söz deyib, O sözlərdə nur yox əlbət. Sən bəşəri zərdələyib, Şükür mənlə etdin söhbət. Qaya səbrim dindi daha, Haqq-mizanın nəhayətdi. Sözüm agah sən Allaha, Bu da belə Qiyamətdir. Bərk tut nüvə bağlarını, İnni-cinnin gəbərməsin. Bərkit ərzin tağlarını, Qalaktikan dəbərməsin. Budur haqdan gələn səda, Haqq yerini tapmalıdır. Son Qiyamət olmasa da, Bu Qiyamət qopmalıdır. Fərhad bir də çarpsa külüng, Büsutunu tamam sökər. Qeyri-xətti bərabərlik, Şər köksünün üstə çökər. Tükənməz internet bəhsin, Söz, əməl qeydə alınar. Elm göstərər möcüzəsin, Lövhü-Məhfuz kəşf olunar. Lal-dinməzlər gələr dilə, Bağışlanar ağlı kəmlər. Bəlli olar nələr hələ… Başçılardır bir gör kimlər??? Nahaqqa haqq deyən kəslər, Tula görkəm olar onda. Haram yeyib, geyən kəslər, Ağlar günə qalar onda. Özünü lap bərk dartanı, Bərk dartsan kəndiri qırar. Onun var fars, rus, vartanı, Dinərsə ağzını cırar. Sonra ABŞ, ox Yevropa, Görüb özün peşmanlanar. Basa bilməz ərzi gopa, Çin, Yapon tək səhmanlanar. Xeyirxah yox mərd türk qədər, Türk halallıq, ləyaqətdir. Lövhü-Məhfuz təsdiq edər, Türk insafdır, mərhəmətdir. Türk saf ruh, türk saf qan, ilik!!! Türk bəşəri carlayacaq!!! Türk nəciblik, türk alilik!!! Türk Günəş tək parlayacaq!!!”
Zaman tünelinizde gizlediğiniz gönderilerin Haber Kaynağı’nda ve Facebook’taki diğer yerlerde görünmeye devam edebileceğini unutmayın.

Fəzail İsmayıl Böyükkişi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − 2 =