Türk dünyası Türkiyənin Sapanca bölgəsində bir araya gəlir

0
713

Türkiyənin Sapanca bölgəsində İkinci Türk Dünyası Məşvərət Qurultayı keçiriləcək.

Arazinfo.com minval.info-ya istinadən xəbər verir ki, türk dünyası üçün önəmli olan qurultay iyulun 27-də başlayacaq, 29-da bitəcək. Qurultayı türk millətçilərinin qurduğu “Əhdə vəfa 78” dərnəyi və MHP -yə bağlı tanınmış ülküçülər təşkil edir. “Yeni Müsavat” Media Qrupu qurultaya informasiya və təşkilati dəstək verən qurumlar sırasındadır.

Qurultaya türk dünyasından, o cümlədən Azərbaycandan şair, yazar, jurnalist və millət vəkilləri qatılacaq.

Azərbaycandan gedən heyətdə millət vəkilləri Qənirə Paşayeva, Fərəc Quliyev, Zahid Oruc, media təmsilçiləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Mətbuat Şurasının İH-nin üzvü Azər Həsrət, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazar, polkovnik Novruz Həsənov, DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və “Minval.İnfo” saytının baş redaktoru Məhəmməd Türkmən var.

Qurultaya Orta Asiya respubliklarından da çox nüfulzu ziyalılar, jurnalistlər, yazarlar dəvət edilib. Məsələn, onların arasında Qazaxıstandan Qazaxıstan Yazıçılar Birliyinin birinci köməkçisi, şair Akberen Elgezek,  “Jalin” jurnalının yazarı Erkinbek Serikbay, Yasevi adına Qazax-Türk Universitetinin müəllimi, şair-tərcüməçi, Dos.Dr. Gülnaz Fayzulla, şair, telejurnalist Tanagöz İlyas, Qırğızıstandan Manas Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayılov, şair-tərcüməçi Bekbolat Sarıbay, Özbəkistandan şair-tərcüməçi Fəxrəddin Nizamov, “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəm, Özbəkistan Ədəbiyyat Muzeyinin direktoru Pr.Dr. Jobbar İşenkul və “Türkiyənin səsi” radiosu Türkmən şöbəsinin rəhbəri Murad Toylu da var.

Erhan Öztunc

Erhan Öztunc

“Əhdə Vəfa 78” dərnəyinin qurucularından olan Erhan Öztunc minval.info-ya deyib ki, qurultayın əsas məqsədi İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı istiqamətində daha nələrin yapıla biləcəyini müzakirə etmək və türk topluluqları arasında bağların daha da güclənməsinə yardım etməkdir: “Biz bu istiqamətdə dəvət etdiyimiz qəzetçi, araşdırmaçı-ailmlər və siyasətçilərin baxışlarını alacaq, bu fikirlərdən bir nəticəyə varmağa çalışacağıq”.

Minval.İnfo

BIR CAVAB BURAXIN