Türk dilini dövlət dili elan böyük siyasi xadim: Karamanoğlu Mehmet bəy (3)

0
902
May ayının 13-də Türk dilinin dövlət dili elan edilməsinin 741 ili tamam olur.
Arazinfo.com saytı araşdırmaçı jurnalist, yazıçı Əziz Mustafanın bu tarixi hadisəyə həsr edilən araşdırma yazısının üçüncü hissəsini oxucularına təqdim edir:
Qardaşları arasında daha təmkinli olması və idarəetmə işlərində xüsusi bacarığı ilə seçilməsi Mehmet bəyin atasının yerində bölgəni idarəetməsi ilə nəticələndi. Bu işdə müəllimi, xoca Mövlana Arizin də böyük rolu oldu. 1264-cü ildən başlayaraq, Anadolunun türkmən bəyləri Mehmet bəyin ətrafında birləşməyə və onun hər əmrini can-başla yerinə yetirməyə başladılar. Bu da Mehmet bəyə tədricən ətraf əraziləri yavaş-yavaş öz bəyliyinə qatmağa imkan verdi. Karamanoğlu Mehmet bəy tədricən Göksu, Gülek vadilərini, Ağ dənizin cənub və şimal sahillərindən Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirdi. Bunun ardınca, o, sultan tərəfindən Karamanın valisi təyin edilən Hütənoğlunu Toroslara çəkdi və ona ağır zərbələr endirərək, təhlükəsiz hala gətirdi. Bu uğurdan ruhlanan Mehmet bəy Səlcuqlu dövlətinin ucqarlardakı ərazilərində nəzarəti ələ aldı. Bundan sonra Avropa dövlətləri də Mehmet bəylə maraqlanmağa və onunla əlaqəyə girməyə başladılar. Çünki Mehmet bəy ipək yolunda möhkəm nizam-intizam yaratmışdı və nəticədə hər iki tərəfə mal daşıyan tacirlər bu ərazidə özlərini olduqca təhlükəsiz hiss edirdilər
Tarixi fərman (3)
1277-ci il may ayının 13-də Mehmet bəyin türk dilinin dövlət dili elan edilməsi barədə
tarixi fərmanı xalqa elan edildi.
1277-ci il may ayının 13-də Mehmet bəyin türk dilinin dövlət dili elan edilməsi barədə
tarixi fərmanı xalqa elan edildi. Fərmanda deyilirdi: “Bu gündən sonra divanda,
dərgahda, məclisdə, meydanda və digər yerlərdə türkçədən başqa dil işlədilməyəcək”.
Bu, Malazgirt döyüşündə qazanılan qələbəyə layiq bir zəfər idi. Bu fərman elan
ediləndən 10-15 gün ərzində Anadolunun hər yerində xalq bayram edir, türk dilində
şeir yarışması keçirir, mahnılar oxuyurdu. Belə bir böyük coşqunu xalq sonuncu dəfə
ancaq böyük sərkərdə Alparslanın 1071-ci ildə Malazgirtdə Bizansı məğlub edərək
Anadolunu əbədi olaraq türk yurdu edəndə yaşamışdı.
Mehmet bəyin getdikcə güclənməsindən həm Səlcuqlu sultanı, həm Bizans, həm də
monqollar narahat olmağa başlamışdılar. O, eyni zamanda monqolların düşmənləri ilə
gizli əlaqələr qurmuşdu. Mehmet bəy həmin dövrdə Misir və Suriyanın hakimi, məşhur
sərkərdə Baybarsın rəhbərliyi altında olan məmlükləri də monqollar üzərinə hücum
etməyə razı sala bilmişdi.
Mehmet bəy güclənir
Karamanoğlu Mehmet bəyin ətrafında Əşrəfoğulları, Hatıroğulları, Məntəşəoğulları və
Saruhanlılar kimi məşhur türk bəyləri toplaşmışdılar. Onlar monqolları və Səlcuqlu
sultanını məğlub edə biləcək durumda idilər. Bu arada isə monqol zülmündən boğaza
yığılan türklər kütləvi halda Anadolunu tərk edərək Suriyaya köç etməyə başlamışdılar. Monqollar nə qədər çalışsalar da, bu köçün qabağını ala bilmirdilər. Əhali əlçatmaz yollarla bölgəni tərk edərək, monqol zülmündən uzaq, onların əlləri çatmayan yerlərdə məskunlaşırdılar. Buna paralel olaraq Karamanoğlu Mehmet bəyin güclənməsindən monqollar və Səlcuqlu sultanı da narahat olaraq, ona qarşı döyüşün qaçılmaz olduğu qənaətində idilər. Buna görə də onlar Mehmet bəyin üzərinə yürüşə hazırlaşmağa başladılar. 1276-cı ilin yazında Səlcuqlu sultanı yürüş hazırlığını başa çatdırdı. Bu arada isə Məmlük sultanı Baybars güclü bir ordu ilə Anadoluya daxil oldu. Həmin il aprelin 15-də Əlbistan adlanan yerdə monqollar və onların müttəfiqi olan Səlcuqlu sultanı ilə Baybars arasında qızğın döyüş baş verdi. Bu döyüşdə Baybars Tuku və Tudavın başçılıq etdiyi monqol ordusunu məhv etdi. Bunu görən Səlcuqlu sultanı rəhbərliyi altında olan orduya ağ bayraq qaldırmağı əmr etdi. Onun müqavimətsiz təslim olduğunu nəzərə alan Baybars, Sultan II İzəddin Keykavusu bağışladı və ona Tokata getməyə icazə verdi. May ayının 2-də Baybars Kayseriyə gəldi. Onu buradakı xalq böyük təntənə ilə qarşıladı. Çünki Baybarsın qələbəsi Anadoluya monqol zülmündən xilas olmağa imkan verirdi. Baybars Kayseridə Karamanoğlu Mehmet bəyə məktub yazaraq Anadoluda onun hakimiyyətini qəbul etməyi təklif etdi. Lakin Karamanoğlu Mehmet bəy özü Anadolunu idarə etmək istəyirdi və ona görə də Baybarsın təklifinə nə “hə”, nə də “yox” cavabı vermədi. Əvəzində Mehmet bəy monqolları tamamilə Anadoludan qovub çıxarmaq və onların vassalı olan Səlcuqlu sultanı II İzəddin Keykavusun paytaxtı olan Konyanı ələ keçirmək üçün hərəkətə başladı. O, Konyanı tutaraq sultanı taxtdan salmaq, onun yerinə monqollardan asılı olmayan digərini sultan etmək niyyətində idi. 13 may, 1277-ci il Qısa zamanda Konya vilayəti və bölgəyə yaxın bəzi ərazilər Karamanoğullarının hakimiyyəti altına alındı. Daha sonra Səlcuqlu Sultanı İzzəddin Keykavusun oğlu Qiyasəddin Siyavuşu atasının yerinə taxta oturdan Mehmet bəy özü isə onun vəziri oldu. Çünki, o, əvvəlcə monqollara qarşı apardığı əməliyytalarda böyük uğurlar qazandı. Amma o monqolları nəinki Anadoludan, həm də bütün Yaxın Şərqdən və Qafqazdan qovub çıxarmaq və onlardan gələn təhlükəni birdəfəlik aradan qaldırmaq istəyirdi. Lakin o, və iki qardaşı monqollarla döyüşlərin birində şəhid oldu. Bəzi məlumatlara görə, Mehmet bəy və qardaşları 1280, bəzi mənbələrə görə isə təxminən 1283-cü ildə şəhid olublar. Lakin ölümündən əvvəl o, ata-babalarının və Anadoluda yaşayan bütün türklərin arzusunu həyata keçirə və türk dilinin rəsmi dil elan edilməsi barədə fərman imzaladı. Belə ki, 1277-ci il may ayının 13-də Mehmet bəyin türk dilinin dövlət dili elan edilməsi barədə tarixi fərmanı xalqa elan edildi. Fərmanda deyilirdi: “Bu gündən sonra divanda, dərgahda, məclisdə, meydanda və digər yerlərdə türkçədən başqa dil işlədilməyəcək”. Bu, Malazgirt döyüşündə qazanılan qələbəyə layiq bir zəfər idi. Bu fərman elan ediləndən 10-15 gün ərzində Anadolunun hər yerində xalq bayram edir, türk dilində şeir yarışması keçirir, mahnılar oxuyurdu. Belə bir böyük coşqunu xalq sonuncu dəfə ancaq böyük sərkərdə Alparslanın 1071-ci ildə Malazgirtdə Bizansı məğlub edərək Anadolunu əbədi olaraq türk yurdu edəndə yaşamışdı. Əslində Mehmet bəyin türk dilini Anadoluda rəsmi dil elan etməsi də Alparslanın düşmən üzərində qazandığı qələbə qədər əhəmiyyətli idi. Belə ki, onlardan biri düşmən üzərində qazandığı hərbi zəfəri ilə Anadolunu türk yurdu etmiş, digəri isə türk dilini rəsmi dövlət dili elan etməklə türkü məhv olmaqdan, dilini, dinini itirmək təhlükəsindən xilas etmişdi.
Yuxarıda da qeyd etdiymiz kimi, Səlcuqlu dövləti dağılandan sonra, ölkə bəyliklərə bölünmüş və bu da Anadolunun gələcəyini təhlükə altına almışdı. Amma Səlcuqlu dövlətinin dağılması nə qədər xoşagəlməz idisə, ondan sonra baş verən hadisələr türklərdə milli şüurun yenidən oyanmasında mühüm yol oynadı. Belə ki, yeni yaranan yarımüstəqil bəyliklərdə rəsmi dövlət dili kimi işlədilən ərəb dilinə qarşı etiraz güclənmiş və bu, türkcənin dövlət dili kimi işlədilməsi üçün xalqı ayağa qaldırmışdı. Bu da, öz növbəsində, türk dilinin dövlət dili kimi işlədilməsi ilə bağlı meydana Karaman, Mehmet və Mövlana Ariz kimi qəhrəmanların çıxmasına səbəb oldu. Beləliklə, türk dilinin və milli mənliyin qorunub saxlanılması uğrunda iyirminci illərdən başlayan mübarizə 1277-ci ildə məşhur dövlət xadimi Mehmet bəy Karamanoğlu tərəfindən türk dilinin dövlət dili elan edilməsi ilə başa çatdı. Bu dövrdən də başlayaraq türk dili özünün altın çağını yaşamağa başladı. Türk dili dünyanı fəth edir Burada bir mühüm faktı da da xatırlatmaq istəyirik. Bu da monqolların Anadolunu işğalının türk millətində milli mənlik şüurunun yenidən oyanmasına təkan verməsi ilə bağlıdır. Səlcuqlunun son dövrlərində, belə demək mümkünsə, siyasi durğunluq dövrünü yaşayan türklər monqol işğalından sonra geriyə boylanaraq, ata-babalarının qəhrənmalıqlarını xatırladırlar və bu da onları əcdadlarının igidliklərini təkrar etməyə ruhlandırdı. Onlar qısa müddətdə monqollara və əlaltılar kimi çıxış edən yarımüstəqil Səlcuqluya qarşı birləşməyə özlərində güc tapa bildilər. Bu da Anadolunun monqol zülmündən xilas olmasında önəmli rol oynadı. Buna paralel olaraq türk dilinin rəsmi dövlət dili elan edilməsi Osmanlının meydana çıxmasına və 600 il ərzində dünyanın hər iki qitəsində ədalətli bir dövlət kimi məşhurlaşmasına zəmin hazırladı. Həmin dövrdə Türküstandan monqol zülmündən qaçan türk boyları, o cümlədən kayı tayfaları özləri ilə Anadoluya yeni mübarizə ruhu gətirdilər. Onların Anadoluya yeni köçləri türk dilinin mövqeyni daha da möhkəmləndirdi. Çünki Anadoluya köç edən yeni türk boylarında da milli mənlik, milli qürur və ana dilə hörmət olduqca yüksək səviyyədə idi. Bu da tarixə dünyanın ən güclü imperiyalarından biri kimi daxil olacaq Osmanlıda türk dilinin beynəlxalq səviyyədə rolunun daha da artmasında mühüm rol oynadı. Osmanlı dövlətinə rəhbərlik edən Orxan bəy dövründə türk alim və şairləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başladılar. Osmanlı sultanları elm, ədəbiyyat adamlarını öz ətraflarında topladılar. Bu da türkcənin ədəbi və rəsmi səviyyədə intibah dövrünü yaşaması demək oldu. Osmanlının məşhur dövlət xadimləri İldırım Bəyazid, Fateh Sultan Mehmet, II Murad və II Abdulhəmid türk dilinin həm rəsmi səviyyədə, həm də ədəbi inkişafında əvəzsiz xidmətlər göstərdilər. II Abdulhəmid 1894-cü ildə Təhsil Nazirliyinə xüsusi göstəriş vermişdi. Həmin göstərişdə müvafiq qurumlardan bütün məktəblərdə türk dilində təhsil verilməsi tələb olunurdu. Dil bir körpüdür, inanç bir körpüdür, tarix bir körpüdür. Bu mənəvi körpüləri əsas götürən Türk Cümhuriyyətinin qurucusu Atatürk türk dilinin inkişafı üçün xüsusi tədbirlər həyata keçirdi. Bununla da türk dili ötən yüzillikdə özünün yeni inkişaf dövrünə qədəm qoydu. Atatürk: “Dil bağlılığı insanları bir-birinə bağlayan elə bir qüvvədir ki, onunla ən əlçatmaz zirvələri belə fəth etmək mümkündür. Dil bağlılığı elə qüvvədir ki, vətənin bir hissəsi getsə belə, onu məhv etmək mümkün deyil. Hətta dəmir pərdələrin arxasından belə, dil bizi vəhdətə və birliyə sövq edər, bizi zəfərlərə səsləyər”-deyirdi. Türk dilinin yaşadığı hər yer Vətəndir. Türk dilinin olmadığı yer vətən ola blməz.Vətənin ürəyi və ruhu türkcədir. Hələ vaxtı ilə məşhur yazar Yəhya Kamal: “Türk dili ən uzaq ölkələrdə yaşayan milyonlarla türkləri bir-birlərinə görünməz tellərlə bağlar”-demişdi. Burada bir haşiyədən kənar çıxmaq istəyirik. Türkiyədə hər il keçirilən türk dili olimpiadları türk dilinin dünyanın hər yerinə yayılmasında önəmli rol oynayır. Bunu Türk dilinin 8-ci olimpiadasında 120-dən artıq ölkənin iştirak etməsi də bir daha sübt edir. Bu isə o deməkdir ki, bu gün dünyanın 120 ölkəsində türk dilini öyrənirlər. Zənnimizcə, bunu türk dilinin dünya zəfəri hesab etmək olar. Necə deyərlər, bir vaxtlar Anadoluda məhdud dairədə işlədilən türk dili bu gün qitələri fəth etməkdə davam edir. Bunə görə türk milləti türk dilini dövlət dili elan edən Karamanoğlu Mehmet bəyə çox borcludur . (Son)
Əziz Mustafa

BIR CAVAB BURAXIN