Türk bayrağını öpdüyü üçün ölkəsində hədəfə çevrildi – FOTO

0
553

Türk bayrağını öpdüyü üçün ölkəsində hədəfə çevrildi

Türk ağır atleti Naim Süleymanoğlunun dəfnində iştirak edən yunan idmançı Valerios Leonidis ölkə mediasının hədəfinə çevrilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb Leonidisin türk bayrağına bükülü olan tabutu öpməsidir.

1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Naim Süleymanoğlu ilə qarşılaşan yunan atlet noyabrın 19-da ən böyük rəqibinin dəfn mərasiminə qatılıb. Yunanıstan mediası Leonidisin türk bayrağına bükülü tabutu öpməsini “qalmaqal” kimi qiymətləndirib.

Maddi durumu pis olduğu üçün Türkiyəyə Gənclər və İdman Nazirliyi tərəfindən gətirilən yunan atlet ölkəsində lazımı icazələri almadığı üçün tənqid olunub.

Qeyd edək ki, uzun müddət qara ciyər serrozundan əziyyət çəkmiş Naim Süleymanoğlunun qara ciyəri 6 oktyabrda dəyişdirilsə də, noyabrın 11-də beyninə qan sızıb. Beynində əməliyyat aparılsa da, məşhur atletin həyatını xilas etmək mümkün olmayıb. Naim Süleymanoğlu noyabrın 18-də vəfat edib.

BIR CAVAB BURAXIN