Türk baş nazir vəkil arvadını nədən küçəyə atdı – Qalmaqal

0
654

Şimali Kipr Türk Respublikasının Baş naziri Hüseyin Özgürgün 3 il əvvəl ailə qurduğu vəkil Dilək Özgürgünə qarşı məhkəmədə “ailədə vəzifələrini yerinə yetirmədiyi” iddiası ilə boşanma davası açıb.

Teleqraf.com xəbər verir ki, Dilək Özgürgün isə birgə yaşadıqları müddətdə səhvi olmadığını bildirərək qarşı tərəfdən 2,5 milyon pul tələb edib. O bildirib ki, ərinin mühafizəçiləri onu iki dəfə evindən çölə atıb.

Məhkəmədə tərəfləri vəkilləri təmsil edib. Baş nazirin vəkilləri Süleyman Dolmaçı və Şəfiq Aşcıloğlunun hazırladığı iddiada qeyd edilib ki, Dilək Özgürgün xaricdə (Ankara) yaşayır və faktiki olaraq, evli qadın kimi vəzifələrini yerinə yetirmir. İddiada qeyd edilir ki, baş nazir həyat yoldaşından gözlədiyi qarşılığı hiss etmir. Əksinə, Dilək Özgürgün həyat yoldaşına inanmır və qısqanclıq nümayiş etdirir ki, bu da tərəflər arasında etimadı itirib.

Dilək Özgürgün isə məhkəməyə göndərdiyi müraciətində ailəli qadın kimi qüsuru olmadığını, evləndiyi zaman və hazırda Ankarada Turizm Nazirliyində işlədiyini qeyd edib.

Türk mediası isə qeyd edir ki, tərəflər arasında evliliyə son qoyan hadisə bir neçə ay əvvəl baş verib. Baş nazir Hüseyn Özgürgün Dilək Özgürgünü Levkoşadakı evindən iki dəfə çölə atıb və bu zaman baş nazir mühafizəçilərinin köməyindən istifadə edib.

Dilək Özgürgünün vəkili Boysan Boyra müştərisinin Levkoşaya gələrək məhkəmdə çıxış etmək niyyətində olduğunu, lakin qorxduğu üçün gələ bilmədiyini bəyan edib.

Vəkil eyni zamanda baş naziri qaçaqmalçılıqda ittiham edib. O, həmçinin deyib ki, baş nazir Çatalköydə dostu, Kiprin məşhur manikeni İnci Parsın adına alınan villanı nə zaman satdığı haqda sorğuya cavab vermir.

Qeyd edək ki, baş nazir və Dilək Özgürgün arasında münasibətlər ikincinin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun hüquq müşaviri olduğu zaman yaranıb.

BIR CAVAB BURAXIN