Tu-154-də ölən Doktor Lizanın erməni sevgisi

0
364

Dekabrın 25-də Tu-154 təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan “Ədalətli Yardım” beynəlxalq xeyriyyə fondunun rəhbəri Doktor Liza ləqəbli Yelizaveta Qlinka əslində Qarabağ separatçılarının əsas dəstəkçilərindən biri olub.

Axar.az xəbər verir ki, “Rusiya-Ermənistan İnformasiya Agentliyi”nin saytında Qlinkanın Qarabağla bağlı fəaliyyətini əks etdirən məqalə yer alıb. Məqalədə Doktor Lizanın uzun illər Qarabağ müharibəsində iştirak edən, onun təsirlərindən əziyyət çəkən insanlara yardım etdiyi əks olunub. Maraqlı məqam odur ki, Qlinka Dağlıq Qarabağda çox məşhur olub. Məqalədən bəlli olur ki, I Qarabağ müharibəsi illərində Qlinka erməni separatçılarını dəstəklədiyini rəsmən bəyan edib. Azərbaycana qarşı savaşda yaralanan erməni separatçılar məhz Qlinkanın əli ilə Moskvaya müalicəyə göndərilib. Doktor Liza müharibə müddətində Rusiyadan Qarabağ ermənilərinə humanitar yardımın daşınmasını da təşkil edib.

2009-cu ildə Qarabağa səfər edən Liza qarabağlı uşaqların ürək əməliyyatlarının keçirilməsində iştirak edib. Başqa bir məqam bu məşhur xeyriyyəçinin Aprel savaşından sonra da Qarabağa humanitar yardım göndərilməsi üçün aksiya təşkil etməsidir.

Qeyd edək ki, Suriyaya yollanan Rusiyanın Tu-154 təyyarəsi Qara dənizdə qəzaya düşüb. Nəticədə 92 nəfər həlak olub. Həlak olanlar sırasında “Ədalətli yardım” humanitar fondunun rəhbəri Doktor Liza ləqəbli Yelizaveta Qlinka da olub.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − 3 =