Trampla danışdıq, sonra Süleymani öldürüldü – Ərdoğan

0
211

Qasım Süleymani özünü təsdiqləmiş bir insan idi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalına müsahibəsində deyib. O, hadisəyə İran tərəfindən qarşılıq verilə biləcəyini deyib:

“Düşünürəm ki, bir ölkənin ən yüksək rütbəli bir komandirini öldürmək təbii ki, qarşılıqsız qalmaz. Bu, təəssüf ki, bölgədəki gərginliyi artıran bir addım oldu”.

Ərdoğan Süleymaninin öldürüldüyü gün ABŞ Prezidenti Donald Trampla aralarında telefon danışığı baş tutduğunu bildirib:

“Biz o axşam Trampla danışdıq, 4-5 saat sonra bu hadisə baş verdi. Demək ki, məsələ planlaşdrılmışdı. Xəbəri eşidəndə şok olduq. Trampı təmkinli olmağa çağırmışdım”.