Trampla bağlı qalmaqallı kitabda nələr yazılıb…

0
584

Son günlər dünyada ən çox müzakirə olunan mövzulardan biri heç şübhəsiz ki, Amerika prezidenti Donald Tramp haqqında işıq üzü görən kitabdır. Artıq müzakirələr və kitabla bağlı iddialar yayılıb. “Atəş və qəzəb: Trampın Ağ Evində” (Fire and Fury: Inside the Trump White House) kitabı haqqında “The Guardian” yazır ki, Trampın vəkilləri onun yayımını dayandırmaq üçün baş sındırırlar. Kitabın müəllifi jurnalist Maykl Wolffdur.

“Yeni Müsavat” xəbər verir ki, Trampın özü və yaxın çevrəsi ilə gerçəkləşdirilən 200 müsahibəyə istinad edilərək yazılan kitabda çoxlu sayda önəmli iddia yer alır.  Ağ Evin media sözçüsü Sarah Sanders kitabın “yalan və yanıldıcı bəyanlarla dolu olduğunu” deyib. Sözügedən kitabda yer alan iddialardan bəzilərini təqdim edirik.

Toni Bleyr Trampa “İngilis xüsusi xidmət orqanları sizi izləyə bilər” xəbərdarlığı edib

Kitabda qeyd olunur ki, İngiltərənin keçmiş baş naziri Toni Bleyr Trampın köməkçilərinə “İngiltərənin xüsusi xidmət orqanları tərəfindən izlənə bilərsiniz” deyib. İngiltərənin keçmiş baş naziri Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşnerlə 2016-cı ilin fevralında görüşüb. Volffa görə, Bleyr görüş zamanı “ilginc bir dedi-qodu” paylaşıb. İngilislərin Trampın kampaniya heyətini müşahidə etdiklərini və Trampın özünü belə dinləmiş ola biləcəklərini söyləyib.

İngiltərənin “Times” qəzeti iddianı son sayında manşetlərə verib. Bleyrin media məsləhətçisi qəzetə “Bu, sözün böyük mənasında uydurmadır” –  deyib.

Əski baş məsləhətçidən ruslarla edilən görüşə “vətən xainliyi” suçlaması

Trampın həmin dönəmdə ən yaxınında yer alan məsləhətçilərindən olan və daha sonra Tramp tərəfindən işindən çıxarılan Stiv Bannon Trampın oğlu və ruslar arasında baş tutan görüşü “vətən xainliyi” adlandırıb.

Tramp isə iddia ilə bağlı bir açıqlama yayaraq Bannon üçün “işini itirməsi ilə ağlını da itirdi” deyib. Tramp eyni zamanda “Stiv Bannonun mənim və prezidentliyimlə heç bir əlaqəsi yoxdur” deyib: “O, qovulduğu zaman təkcə işini yox, ağlını da itirdi.

Stivin bu ölkənin qadın və kişiləri tərəfindən əldə edilmiş tarixi qələbəmizdəki rolu çox azdır”.

“Tramp andiçmə mərasimində əsəbi idi”

Fire and Fury: Inside the Trump White House ile ilgili görsel sonucu

Volffa görə, Tramp andiçmə mərasimində çox əsəbi olub.  Trampın mərasimdən zövq almamasının bir səbəbi də yüksək instansiyadakı şəxslərin orada iştirak etməməsi idi. Volf eyni zamanda Trampın həyat yoldaşı Melania ilə daim davalı olduğunu, birinci ledinin isə əsəbi və kövrək vəziyyətdə gəzdiyini qələmə alıb.

Yazar Trampın gün boyunca “əsəbi qolf üzü” ilə gəzdiyini, çiyinlərinin düşdüyünü, qollarının sallandığını və əsəbindən özünə yer tapmadığını yazıb. Birinci Ledinin ofisi isə bu iddiaları rədd edir.

Andiçmə mərasimində Melanianın  Trampın üzünə məcburi bir gülüş ifadəsi qondurduğu, həyat yoldaşına qarşı çox hissiz davrandığı da kitabdakı iddialar sırasındadır.

Tramp Ağ Evi  “qorxuducu” hesab edir

Volff Trampın Ağ Evi  qorxuducu və cansıxıcı hesab etdiyini də yazıb. Trampın öz otağına çəkildiyini yazan Volff Kennedilərdən bəri ilk dəfə bir cütlüyün Ağ Evdə ayrı otaqlarda qaldığını yazıb.

Eyni zamanda Trampın otağında yerləşən bir televiziya ekranına əlavə olaraq, iki ekran daha istədiyi, qapısını kilidləmə tələbinə isə məxfi xidmətin “Otağa giriş imkanımız var” cavabını verdiyini iddia edib.

İvanka Tramp prezident olmağı ümid edir

İvanka Trump ile ilgili görsel sonucu

Volffa görə, Trampın qızı İvanka gələcəkdə Amerika prezidentliyinə namizəd ola biləcəyini qeyd edib.  Bannonun “Jarvanka” adını verdiyini cütlüyün bu planlarının ona çatdırıldığında “dəhşətə düşdüyü” ifadə edilir. Cütlüyün bunu bir vəzifə olaraq gördüyü və fürsət yarandığı zaman İvanka Trampın prezidentliyə namizəd olmasını planladıqları qeyd edilir.

Yazar İvanka Trampın “ilk qadın prezident Hillari Klinton olmayacaq, mən olacam” deyərək zarafatlar etdiyini də qələmə alıb.

Trampın heyran olduğu Murdoç ona “axmaq” dedi

Daha öncə iş adamı Rupert Murdoç haqqında bir bioqrafiya yazan Volff Trampın Murdoça böyük heyranlıq duyduğunu ifadə edib. Hər nə qədər Tramp namizədliyi zamanı Murdoçun “Fox Nyus” kanalı ilə çatışsa da, andiçmə mərasimindən sonra “Fox” Trampın dəstəkçilərindən birinə çevrilmişdi.

Kitabda Trampın prezident seçiləndən sonra bir gecə salonda olan qonaqlara Murdoç üçün “Ən yaxşılarından biri” dediyi qeyd edilir. Ancaq Volf bu heyranlığın qarşılıqlı olmadığını iddia edir. Kitabda Tramp və Murdoç arasından keçən bir dialoq aşağıdakı şəkildə qeyd edilir:

Tramp: ““Silikon Dərəsi”ndəkilər həqiqətən də mənim yardımıma möhtacdırlar. Obamanın onlara bir faydası dəymədi. Onlara gerçəkdən də yardımetmə şansım var.

Murdoç: Donald, səkkiz il boyunca bu adamlar Obamanı ciblərində saxladılar. Rəhbərliyi hardasa onlar idarə etdi. Sənin yardımına ehtiyacları yoxdur.

Trampın Silikon Dərəsinə viza məsələsində yardımçı olacağını deməsi ilə Murdoç da ona qaçqınlara qarşı siyasətini xatırladıb. Bunun ardınca Tramp “bir çarəsinə baxacağıq” cavabını verib. Kitabda eyni zamanda qeyd olunub ki, bu söhbətin ardınca Murdoç telefonu qapadanda Tramp haqqında “Nə böyük bir axmaq” deyib.

Flynn Rusiya ilə bağların problem yaradacağını bilirdi

Kitaba qeyd edilib ki, beynəlxalq təhlükəsizlik üzrə sabiq məsləhətçisi Maykl Flynn Trampa bildirib ki, Moskvadan bir danışıq üçün 45 min dollar almaq problem yaradacaq. Flynnə “Ancaq qazandığımız halda bir problem ola bilər” deyə, etibarlılıq sözü verilir.  Maykl Flyn Rusiyanın ABŞ səfiri ilə münasibəti haqqında “FTB-yə  yalan söylədiyini” etiraf edib. Amerikan mediası yazıb ki, Flynnin ruslarla təmas qurmasını Trampın istədiyini məhkəmədə bildirəcək.

Maraqlıdır, bəs bu kitab milli naşirlərimizin diqqətini cəlb edibmi? Onlar onun tərcüməsi və ölkəmizdəki nəşri ilə bağlı nə düşünürlər?

Şahbaz Xuduoğlu ile ilgili görsel sonucu

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasından bildirdi ki, son zamanlar Trampla bağlı yazılmış iki kitab diqqətini cəlb edib. Bunlardan biri Salman Rüştünün “Qızıl Ev” adlanan, əslində isə Ağ Evdən bəhs edən, Donald Trampın obrazını özündə əks etdirən kitabdır. Müsahibimiz artıq bu kitabın Azərbaycan dilində nəşr olunması ilə bağlı müqavilələri olduğunu dedi.

Ş.Xuduoğlu “Atəş və qəzəb: Trampın Ağ Evində” adlı kitabın əlyazması ilə hələ tanış olmadıqlarını dedi. Müsahibimizin sözlərinə görə, nəşriyyat olaraq öncə kitabın mətni ilə tanış olub, sonra razılaşma əldə edirlər: “Uzun vaxt aparan məsələdir. Bəzən aylarla yazışma gedir. O da kifayət qədər bahalı prosedurdur. Ödənişlər öncədən edilir. Belə kitabların ölkəmizdə nəşri məsrəfli və vaxt aparandır”.

Müsahibimizdən “necə düşünürsünüz, belə kitabların Azərbaycanda oxucusu varmı” deyə soruşduq. Ş.Xuduoğlu dedi ki, əslində bu sualın cavabını bilmir: “Baxmayaraq ki, 20 ilə yaxındır kitab nəşri ilə məşğulam, yenə də bilmirəm ki, bizim oxucuları nə ilə heyrətləndirmək mümkündür. Amma hesab edirəm ki, Azərbaycanda kitab axını olsa, bütün kitablar tez-tez, dayanmadan tərcümə olunsa və yayılsa, bütün sahələrdə, mövzularda kitablar oxunar. Amma seçmə kitab seçib bir kitabı nəşr edəcəyiksə, bu da düzgün deyil. Seçmə o şəxslərə aiddir ki, yüksək zövqü olsun. Biz dünya kitab bazarından xeyli geridə qalmışıq. Sadəcə, kitab mühitində geridə qalmamaq, addımlamaq üçün işlər görməliyik”“Yeni Müsavat”  

BIR CAVAB BURAXIN