Trampın açıqlaması İraqı qarışdırıb

0
308

İraq ABŞ-dan İrana və Yaxın Şərqə nəzarət etmək üçün öz ərazisində qoşun saxlamasını xahiş etməyib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında İraq prezidenti Barxam Saleh deyib: “ABŞ prezidenti Donald Tramp İrana nəzarət etmək üçün İraqda qoşun saxlanılması üçün bizə hər hansı xahişlə müraciət etməyib. Biz bununla bağlı Vaşinqtondan  ölkəmizdə yerləşdirilən ABŞ qoşunlarının sayı barədə izahat istəyirik”. Barxam Saleh ABŞ qoşunlarının İraqda iki ölkə arasında imzalanan müvafiq anlaşmaya əsasən saxlanıldığını bildirib.

Xatıraldaq ki,  fevralın 3-də prezident Donald Tramp CBS telekanalına müsahibəsində deyib ki, ABŞ İrana və Yaxın Şərqə nəzarət etmək  üçün öz qoşunlarını İraqda saxlamalıdır.