Tramp yeni prezident təyyarəsinin sifarişini dayandırmaq istəyir

0
413

11

ABŞ prezidenti seçilmiş Donald Tramp ölkə prezidentləri üçün yeni təyyarələrin tikilməsinə dair Boeing şirkəti ilə bağlanmış müqaviləni bahalığına görə ləğv etməyə çağırıb.

“Boeing” Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin ABŞ-da Air Force One kimi tanınan “bir nömrəli təyyarəsini” tikir, lakin Tramp özünün Tvitter hesabından yazır ki, bu təyyarələrə çəkilən xərclər nəzarətdən çıxaraq 4 milyard dolları keçib.

Şirkət gələcək ABŞ prezidentləri üçün Boeing 747-8 markalı təyyarələrin tikintisi üçün sifarişi bu ilin yanvarında alıb.

Xəbər verilir ki, hazırda sifarişin icrası çox erkən mərhələdədir. Yeni tipli prezident təyyarələrinin 2024-cü ildə istifadəyə veriləcəyi gözlənilir.

Əslində Tramp bu təyyarəyə minməyə də bilər

Müxbirlər xüsusilə vurğulayırlar ki, şəxsən Donald Tramp bu təyyarələrdən birinə yalnız ikinci müddətə prezident seçilərsə, minə biləcək.

Hazırkı mərhələdə korporasiyanın hesabına yeni təyyarələrin işlənib hazırlanması məqsədilə yalnız 170 milyon dollar köçürülüb.

Boeingin bəyanatında deyilir ki, şirkət bundan sonra ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığı davam etdirməyə və Amerika vergiödəyəninin puluna ən layiqli ən yaxşı prezident təyyarələrinin istehsalına ümid edir.

Trampın keçid komandası jurnalistlərə bildirb ki, təzə seçilmiş prezident Boeing-lə müqavilənin pula qənaət mülahizələri ilə dayandırılmasını istəyir.

Barack Obama təyyarədəki "iş otağında"

Barack Obama təyyarədəki “iş otağında”

ABŞ-da müstəqil auditor sayılan baş büdcə nəzarəti idarəsi hesablayıb ki, təyyarələrin istehsal xərci 3, 1 milyard dolları keçəcək.

İdarə bildirib ki, layihənin hələ ilkin mərhələdə olduğu nəzərə alınarsa bu xərclər daha da arta bilər.

Bu da xəbər verilir ki, Tramp administrasiyası təyyarələrdən imtina edərsə, Boeng-in indiyədək aldığı pullar geri qaytarılmayacaq.

Hərbi Hava Qüvvələri naziri Debora Lee James hələ ilin əvvəllərində demişdi ki, Air Force One Amerikanın simvollarından biridir və dövlət başçısının normal fəaliyyəti üçün zəruridir.

Hazırda prezidentlərin istifadə etdikləri təyyarələrin istehsalına hələ 1985-ci ildə Ronald Reagan-ın sifarişi ilə başlanmışdı.

1990-cı ildə istifadəyə verilən ilk təyyarə prezident George Bush-un “bəxtinə düşmüşdü”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen + eight =