Tramp Senatdakı respublikaçıları “nüvə variantına” çağırıb

0
614


Prezident Donald Trump və Neil Gorsuch

Prezident Donald Trump və Neil Gorsuch

Prezident Donald Tramp Senatdakı respublikaçılara deyib ki, əgər demokratlar onun Ali Məhkəmə hakimliyinə namizədi Neil Gorsuch-un təsdiq edilməsinə qarşı çıxsalar “nüvə variantına” əl atsınlar.

“Nüvə variantı” Senatdakı səsvermə qaydalarının dəyişdiriləməsi və səsvermənin adi çoxluq üsuluna keçirilməsidir. Bu zaman dinləməni boykot edən demokratların səslərinə ehtiyac qalmır.

Reuters agentliyinin verdiyi xəbərə görə Gorsuch və vise-prezident Mike Pence artıq məsləhətləşmələr üçün Senat çoxluğunun lideri Mitch McConnell-i ilə görüşüblər.

Tramp-ın partiyadaşları hazırda Senatda 52-48 çoxluğuna malikdirlər. Demokratlar bildiriblər ki, Trump-ın namizədinə ölkənin ən yüksək məhkəməsinə hakim təsdiq oluna bilməməsi üçün maneə yaratmaq məqsədilə “filibuster” (vaxtı uzadan) deyilən prosedura əl atacaqlar. Bu halda namizədin təsdiqi üçün adi çoxluq yox, 60 səsin leyhinə olması lazım gələcək.

ABŞ qanunlarına görə Ali Məhkəmənin hakimləri mütləq Senatda təsdiq olunmalıdırlar.

Əgər təsdiq edilərsə, Gorsuch Ali Məhkəmə heyətində mühafizəkarların onilliklərdir ki, davam edən çoxluğunu bərpa edəcək.

Bu çoxluq Tramp-a bir sıra mühüm məsələləri, lakin həm də ən başlıcası öz səlahiyyəti barədə məsələləri keçirmək üçün həyati əhəmiyyət daşıyacaq.

Senatdakı demokratların başçısı Chuck Schumer isə bəyan edib ki, respublikaçılar ədalətsiz yol tutublar, çünki onlar Barack Obama-nın hakimliyə namizədi üçün 60 səs şərtini qəbul etdirərək vakansiyanı boş saxlaya bilmişdilər.

Demokratlar bildirirlər ki, respublikaçılar beləliklə Ali Məhkəmə hakimi postunu prezident Barack Obamadan “oğurlayıblar”.

Demokratların fikrincə söhbət Senatdan yox, namizədin kimliyindən gedir. Onlar iddia edirlər ki, Gorsuch indiyədək insanları yox, korporasiyaları müdafiə etməsilə tanınıb.

Yanvarın əvvəllərində Schumer demişdi ki, onların əsas məqsədi bu postda Trump-ın namizədinin oturmasındansa, həmin postun boş qalmasıdır.

BIR CAVAB BURAXIN