“Tramp Qarabağ münaqişəsinin həllini diqqət mərkəzində saxlamalı olacaq”

0
567

 

Yanvarın 20-də prezident Donald Trampın inauqurasiya mərasimi keçiriləcək və bundan sonra o rəsmi şəkildə ABŞ-ı idarə etməyə başlayacaq. Bəs Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ağ ev administrasiyası tərəfindən hər hansı bir addım atılacaqmı? Məsələ ilə bağlı “Yeniavaz.com”un sualına cavabında politoloq Qabil Hüseynli Trampın olduqca ziddiyyətli şəxs olduğunu və onun atacağı addımların proqnozlaşdırılmasının çətin olduğunu söylədi. Qabil Hüseynli: “İstər prezident seçkiləri, istərsə də prezident seçiləndən sonra verdiyi açıqlamalarda Tramp bir dəfə də olsun Dağlıq Qarabağ münaqişəsi və ya ümumiyyətlə Qafqaz barədə bir kəlmə söz də olsun deməyib. O mətbuata verdiyi açıqlamalarda Suriya, Çin, Tayvan məsələlərinə toxunub, NATO-nun fəaliyyətini tənqid edib, Avropadakı müttəfiqlərinin təhlükəsizliyini deyil, Amerikanın maraqlarını müdafiə edəcəyini bildirib. Üstəlik Tramp dəfələrlə Rusiyanı tərifləyərək Putinə olan rəğbətini nümayiş etdirib. Bu baxımdan belə ehimal etmək olar ki, Trampı ümumiyyətlə Qarabağ münaqişəsi, o cümlədən Qafqaz maraqlandırmayacaq. Lakin unutmaq olmaz ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq ölkəni dərin dövlət idarə edir. Bu dərin dövlətin isə şübhəsiz ki, Qarabağ münaqişəsinin həllində maraqları var. Çünkü Azərbacan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Üstəlik ölkəmiz strateji baxımdan olduqca önəmli bir məkanda yerləşir və şübhəsiz ki, ABŞ-ı pərdəarxasından idarə edənlər Trampla müqayisədə bunu daha dərindən dərk edirlər. Belə ehtimal edirəm ki, Tramp istəsə də, istəməsə də dərin dövlətin maraqları ilə hesablaşmalı və bu çərçivədə Qarabağ münaqişəsinin həllini də diqqət mərkəzində saxlamalı olacaq,-dedi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 5 =