“Tramp mənimlə telefon danışığında Krım məsələsini qaldırdı” – Poroşenko

0
539

11

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla noyabrın 15-də gerçəkləşən telefon danışığında Krımın ilhaqını və Rusiya işğalını müzakirə etdiklərini bildirib.

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi xəbərə görə, P. Poroşenko bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. P. Poroşenko bəyan edib ki, telefon danışığı zamanı bu mövzunu D. Tramp qaldırıb: “Mən təsdiqləyə bilərəm ki, Rusiya işğalı məsələsi və Krımın ilhaqı bizim telefon danışığımız zamanı Trampın özü tərəfindən qaldırılıb. Mən bütün detalları açıqlamaq istəməzdim, lakin ona Krımla bağlı bütün hadisələri danışmaq imkanı əldə etdim”.

P. Poroşenko ABŞ Konqresində hər iki partiya tərəfindən Ukraynaya güclü dəstəyin mövcud olduğunu və bunun davam edəcəyini vurğulayıb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da Ukrayna mövzusunu D. Trampla müzakirə etdiyini söyləyib. O qeyd edib ki, Trampın reaksiyası onun seçki kampaniyası zamanı bəzi bəyanatları ilə müqayisədə ən azı perspektivli olub.

 

BIR CAVAB BURAXIN