TrAmp Amerikanı “birləşdirəcəyinə” söz verib

0
426

  • Trump ailəsiFotonun müəllifiREUTERSImage captionTrump: “Biz bir çox onilliklər ərzində ölkəmizdə edilməyənləri edəcəyik”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonda keçirilən andiçmə mərasiminin ərəfəsində baş tutan konsert zamanı seçicilərinə Amerikanı “birləşdirəcəyinə” söz verib.

“Biz ölkəni birləşdirməyə niyyətliyik. Biz Amerikanı bütün xalq üçün qüdrətli etmək istəyirik”, cənab Trump 2 saatlıq konsertin sonunda bildirib.

Donald Trump, həmçinin, amerikalılara dəyişiklik, yeni iş yerlərinin yaradılması, sərhədlərin möhkəmləndirilməsi və ordunun gücləndirilməsi barədə vəd verib.

“Biz bir çox onilliklər ərzində ölkəmizdə edilməyənləri edəcəyik”, ABŞ-ın seçilmiş prezidenti söz verib.

Konsertdə qonaqlar arasında aktyor Jon Voight və soul müğənnisi Samuel David Moore iştirak edib.

Donald TrumpFotonun müəllifiGETTY IMAGES
Image captionTramp 200 min qazinin dəfn edildiyi Arlington Milli qəbiristanlığını ziyarət edib

Konsertdən əvvəl Donald Tramp ABŞ-ın iştirak etdiyi müxtəlif müharibələrdə həlak olmuş 200 min qazinin dəfn edildiyi Arlington Milli qəbiristanlığını ziyarət edib.

Cümə axşamı Vaşinqtona gələn cənab Tramp Ağ Ev-ə yaxın məsafədə yerləşən və özünə məxsus olan Trump International otelində qalıb.

Gələcək prezident administrasiyasının üzvlərinin dəvət edildiyi rəsmi səhər yeməyində Donald Tramp həyat yoldaşı Melania ilə birlikdə iştirak edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty + twenty =