Toyuna dəvət etdikləri yasına gəldi – Faciə

0
547

Türkiyədə el adətiylə toy çaldırıb bəy masasında oturmaqçün dəvətnamə paylayan 36 yaşlı Mehmet Kaplanın yaxınları onun yasına toplaşdı.

Teleqraf.com-un Türkiyə KİV-ə xəbərinə görə, İstanbulun Beykoz rayonunda yaşayan avtobus sürücüsü həyatını Şəfiqə Şakarla birləşdirməyə hazırlaşırdı. Toy hazırlıqları edən cütlük məclis üçün salon danışıb dəvətnamələr də paylayıb. Hər kəs kimi onlar da xoş günün xəyalını qurduqları bir məqamda tale onlara faciəli qismət yazıb.

Kaplan toydan 12 gün əvvəl ürək tutmasından həyatını itirib. Onun vaxtsız vəfatı yaxınlarına və dostlarına böyük zərbə olub. Toyuna yığışmağı düşünənlər onun məzarı başına toplaşıblar.

Oğlunu bəy libasında görmədən torpağa tapşıran anası “toy mərasimi yerinə yas məclisi qurduq” deyə göz yaşı töküb.


Müəllif: Teleqraf.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 2 =