Tovuzda toyda kütləvi dava: 40 yaşlı kişi xəstəxanalıq oldu

0
417
 

Tovuz rayonunda toyda kütləvi dava olub.

Trend-in məlumatına görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.

Toyda sərxoş vəziyyətdə olan bir neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − twelve =