“Tottenhem” Eriksenə 250 milyon funt-sterliq qiymət qoyub

0
654
İngiltərənin “Tottenhem” futbol klubu  danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin transfer qiymətinin 250 milyon funt-sterlinq olduğunu bildirib.
 Arazinfo.com-un AS nəşrinə istinadən verdiyi xəbərə görə, 26 yaşlı Eriksenin transferində maraqlı olan Madridin “Real” komandası isə hələlik bu məbləğı ödəməyə hazır deyil. Bu səbəbdən  də “Tottenhem” və “Real” arasında Eriksenin transferi ilə bağlı keçirilən danışıqlar  uğursuz nəticələnib. Qeyd edək ki, Kristian Eriksenin “Tottenhem”lə müqaviləsi 2020-ci ildə başa çatacaq.