Torontoda atışma zamanı 1 nəfər yaralanıb

0
508

Kanadanın Toronto şəhərində növbəti silahlı insident hadisəsi baş verib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Toronto şəhərinin qərbində yerləşən rayonlardan birində naməlum şəxslər arasında atışma baş verib. Atışma zamanı 1 qadın güllə yarası alıb. Onu təcili şəkildə xəstəxanaya çatdırıblar. Həkimlər qadının həyatı üçün ciddi təhlükə olmadığını bildiriblər. Hadisə yerinə gələn polis hazırda silahlı şəxsləri müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.