“Tikinti sahəsində tənəzzül 25-30% təşkil edir” – İlham Əliyev

0
428

11

Bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Bunu prezident İlham Əliyev bu gün bildirib.

Ramana qəsəbəsində yeni evin sakinləri ilə görüşündə o deyib ki, paytaxtda çoxlu köhnə və qəzalı vəziyyətdə olan bina var, onlar söküləcək, yerində yeni binalar ucaldılacaq. Bu, tikinti sektorunun canlanmasına və inşaat materiallarının istehsalına müsbət təsir göstərəcək, yeni iş yerlərinin yaradılmasına imkan verəcək.
“Biz bütün firmaları, iş adamlarını belə layihələrdə iştiraka dəvət edirik. Bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır”, – o vurğulayıb. Dövlət başçısı qeyd edib ki, sosial mənzillər prioritetdir və yaxın zamanlarda daha 49 bina inşa ediləcək.
“Bu, pilot layihədir, onun böyük gələcəyi var”, – İ.Əliyev qeyd edib.  /”Turan”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − four =