Ankara Donald Trampın hədələrinə məhəl qoymadan Suriyada terrorçularla mübarizəni davam etdirəcək.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Tvitter səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi nümayəndəsi İbrahim Kalın yazıb: “Biz ABŞ-dan özünün strateji tərəfdaşını müdafiə etməsini, terrorçulara isə dəstək verməməsini gözləyirik. İŞİD-lə PKK, “Özünü müdafiə dəstəsi” və Demokratik İttifaq arasında hər hansı bir fərq yoxdur. Biz Türkiyə olaraq onlarla mübarizəni davam etdirəcəyik”.
Ərdoğanın nümayəndəsi həmçinin ABŞ-ın Suriya kürdlərərini PKK ilə eyniləşdirməsini “məsum səhv” adlandırıb. O bir daha təkrar edib ki, Türkiyə Suriyada kürdlərlə deyil, terrorçularla mübarizə aparır: “Türkiyə Suriyada kürdləri və digər suriyalıları terror təhdid və hədələrindən müdafiə edəcək. Cənab Tramp, terrorçular sizin tərəfdaşınız və müttəfiqiniz ola bilməz”.