Ter-Petrosyan ordu-xalq” ideologiyasınin təhlükəlidir və iflasa məhkum olduğu barədə xəbərdalıq etdi

0
555
 

Virtualaz.org Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyanın partiyasının qurultayındakı sensasion çıxışı barədə dünən məlumat vermişdi.

Xatırladaq ki, L.Ter-Petrosyan çıxışında bildirib ki, bu gün Ermənistanda irəli sürülən “ordu-xalq” ideologiyası təhlükəlidir və iflasa məhkumdur: ““Xalq-ordu” (İsraildə olduğu kimi bütün xalqın ideoloji baxımdan döyüşkən ordu şəklində təşkil olunmasından söhbət gedir.-red) modelinin erməni variantının arxitektorlarına buradan üç sual verirəm: bu proqram nədən irəli gəlir, həll edəcəyi vəzifə nədir, onun həyata keçirilməsi üçün hansı resurslar tələb olunur?”.

Eks-prezidentin sözlərinə görə, Ermənistanın əhalisi 1988-ci il zəlzələsindən və Sovet İttifaqının dağılmasından sonra daim azalıb, bu proses indi də dayanmayıb: “İnsan resursları baxımından Ermənistan hakimiyyəti diaspora böyük ümid bəsləyir. Mən özüm diaspordan olan biri kimi bütün məsuliyyətimlə deməliyəm ki, bu gözləntilər tamamilə sayıqlama və özünüaldatmadır. Yada salmaq kifayətdir ki, 1990-cı illərdəki müharibədə diaspordan cəmi 12 erməni iştirak etmişdi. Onların siyahısını bir ayrısı yox, müharibənin bütün detallarını bilən Vazgen Sərkisyan açıqlamışdı”.

Ter-Petrosyan qeyd edib ki, əgər Ermənistanın indiki iqtisadi vəziyyəti acınacaqlı olmasaydı, hakimiyyət heç bir halda Qarabağda ölən və yaralanan əsgərlər üçün fond yaratmağa, ayda hər işləyən vətəndaşdan 1000 dram (2 dollara yaxın) pul yığmağı nəzərdə tutan dilənçiliyə getməzdi. “Bu, “xalq-ordu” ideologiyasının nüfuzdan düşdüyünü göstərən ilk addımdır, eyni zamanda dövlətin ləyaqətinə də zərbə vurub, bizi bütün dünyanın qarşısında gülünc duruma salıb”-Ter-Petrosyan deyib.

Onun fikrincə, “ordu-xalq” proqramı iflasa məhkumdur, təhlükəlidir və yeganə nəticəsi ancaq Ermənistandan miqrasiyanın artmasına stimul vermək, ermənilərin kökünün Qarabağdan və Ermənistandan kəsilməsinə aparıb çıxarmaq olacaq. “Belə təəssürat yaranır ki, rejim sanki xalqın məhvi hesabına bu proqramın yalnız bir elementini həyata keçirmək istəyir. Yəni ola bilsin nə vaxtsa bizim güclü ordumuz olacaq, ancaq o vaxta kimi xalq qalacaq ya yox, bu sual altındadır”-Konres lideri bildirib.

Ter-Petrosyan çıxışında onu da deyib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Qarabağ erməniləri üçün heç bir inkişaf perspektivi ola bilməz.

Bizə elə gəlir ki, L.Ter-Petrosyanın bu nitqi əhəmiyyətinə görə, onun hətta 1998-ci ildə böyük rezonansa səbəb olmuş, prezidentin faktiki yerdəyişməsinə və Ermənistanda dövlət çevrilişinə gətirib çıxarmış “Hərb və sülh?” adlı məqaləsini də gölgədə qoya bilər.

Bəs o, çıxışında daha nələrə toxunub?

Bu gün Ermənistanın “Aravot” qəzeti L.Ter-Petrosyanın həmin nitqinin tam stenoqramını dərc edib. Güman edirik ki, erməni müxalifətinin liderinin bu proqram çıxışı Azərbaycanın oxucu auditoriyası arasında da böyük marağa səbəb olacaq. Haqqin.az saytı L.Ter-Petrosyanın nitqini ixtisarsız dərc edib.

Həmin mətni rus dilində bu lingdən oxuya bilərsiniz.

Virtualaz.org

BIR CAVAB BURAXIN