Ted Po ABŞ hökumətini qondarma erməni soyqırımını tanımağa çağırıb

0
565

Texas ştatından olan ermənipərəst konqresmen Ted Po Nümayəndələr Palatasındakı çıxışında qondarma erməni soyqırımını “mühakimə” edərək  hökuməti onu tanımağa çağırıb.

Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi məlumata görə, konqresmen çıxışında deyib ki, bir əsr əvvəl dünyanın diqqəti I dünya müharibəsinə cəlb edildiyi vaxt Avropada Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı “soyqırım” həyata keçirilib. Onun iddiasına görə, o dövrdə 1. 5 milyon nəfər erməni “qətlə” yetirilib. Ted Po bunun nəzərə alınmasının və “soyqırımı”nın ABŞ tərəfindən tanınmasının vacibliyini bildirib.

PS. Qeyd edək ki, Ted Po ABŞ-da erməni lobbisi tərəfindən maliyyələşdırılən, daha dəqiq desək rüşvətlə ələ alınan 30-40 konqresmendən biri hesab edilir. Onun erməni lobbisinin ABŞ-dakı ən böyük qurumlarından biri olan ANKA-dan aldığı təlimatlar əsasında hərəkət etdiyi vurğulanır.

 

 

 

 

BIR CAVAB BURAXIN