Tbilisi regionun ən təhlükəsiz şəhəridir

0
421

 

Gürcüstanın paytaxtı Tbilisi dünyanın 20 ən təhlükəsiz şəhərinin arasında 19-cu yerdədir.“Yeniavaz.com”un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Numbeo araşdırma mərkəzinin saytında bildirilib. Numbeo tərəfindən dünyanın ən təhlükəsiz şəhər Əbu-Dabi elan edilib. Tbilişi isə bu siyahıda 19-cu yerdə qərarlaşıb. Tbilisidə cinayətkarlıq indeksi 19,96, təhlükəsizlşik indeksi isə 80,04 hesab edilib. Bu, Qafqazda ən təhlükəsiz şəhər anlamına gəlir. Tbilisinin bölgənin ən təhlükəsiz şəhəri elan edilməsinin isə öz nöbəsində Gürcüstana turist axınında sitimullaşdırıcı amil rolunu oynayacağı ehtimal edilir. Belə təhlükəsilik indeksi yüksək olan yerlər həmişə turistlərin bölgəyə cəlb edilməsində önəmli rollardan birini oynayır.

Qeyd edək ki, Bakı Numbeonun ən təhlükəsiz şəhərlər siyahısında 71-ci, Yerevan isə 88-ci yerdədir. Bakının cinayətkarlıq indeksi 27,47, təhlükəsizlik indeksi isə 72,53 baldır. Moskva isə siyahıda 205-ci yerdə qərarlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + twelve =