Tarkan Azərbaycandan gələn 1,5 milyonluq təklifdən imtina etdi

0
471

Türkiyə mediası müğənni Tarkanın Yeni illə bağlı Azərbaycandan 1,5 milyon dollarlıq təklif alması xəbərini yaymışdı.

Arazinfo.com-un Axşam.az-a istinadən məlumatına görə, həmin ərəfədə Tarkana Kiprdən də konsert təklifi gəlmişdi. Bunun qarşılığında sənətçiyə 1,3 milyon lirə (təxminən 300 min avro) qonorar təklif olunmuşdu.

Bu gün isə Türkiyə saytları Tarlanın Kiprdə yerləşən otellərdən birindən gələn təklifi qəbul etdiyini yazıb.

Bu il “10” albomu ilə gündəmdən düşməyən Tarkan Bakıdan gələn 1,5 milyon qonorarlıq təklifdən imtina edib.

Qeyd edək ki, Tarkan iyunda Bakıda “Formula 1” çərçivəsində keçirilən konsertdə səhnəyə çıxmış və buna görə 500 min dollar almışdı.

BIR CAVAB BURAXIN