Tarixçidən şok: Ermənilər türk dilində danışırdılar – Video

0
548

Erməni əsilli ukraynalı tədqiqatçı, tarixçi Filipp Ekozyants əsasən rus və Ukrayna dilləri barədə danışdığı yeni videonu yayımlayıb.

Axar.az xəbər verir ki, videoda çıxışı zamanı Ekozyants erməni dili ilə bağlı maraqlı bir tarixi fakta toxunub.

Tədqiqatçının sözlərinə görə, tarixdə danılmaz bir fakt mövcuddur: ermənilər barədə nələrsə öyrənmək üçün XVII əsrdə onların yaşadığı ərazilərə, daha dəqiq desək, Kiçik Asiya, Osmanlı İmperiyası və İrana səfər etmiş bütün katolik missionerlər və səyyahlar türk dilini öyrəniblər.

“Onların öz doğma dili olub, lakin bu dil ermənilərin əhatəsindəki digər dillərə bənzər olmayıb. Elə təəssürat yaranır ki, bu dil başqa planetdən gəlib. Ümumiyyətlə, oxşar heç nə yoxdur. Doğma dillərində ermənilər yalnız ibadət edirdilər. Bu dili yalnız rahiblər başa düşürdülər. Ancaq bütün ermənilər türk dilində ünsiyyət saxlayırdılar. Bu, onların ünsiyyət dili idi”, – tarixçi bildirib.