Tanınmış teleaparıcı Azadə Balayeva telekanallardan iş təklifi gözləyir

0
720

Tanınmış teleaparıcı Azadə Balayeva hələ də özünə iş tapa bilməyib. Bununla bağlı Mediainfo.az saytına açıqlama verən  teleaparıcı hələlik  hər hansı telekanaldan iş təklifi almadığını bildirdi. Azadə Balayeva: “Hazırda evdəyəm  və münasib iş təklifi alacağım təqdirdə onu dəyərləndirəcəyəm”,-dedi.

Onu da deyək ki,, Azadə Balayeva ANS, İnteraz və Space telekanallarında rəhbər vəzifələrdə çalışıb. O Azərbaycanın efir məkanında tanınmış, özünəməxsus, təkrarolunmaz imicə malik olan sevimli teleaparıcılardan biri hesab edilir.

Xatırladaq ki, bir müddət əvvəl Azadə xanımın atası rəhmətə gedib.

 

BIR CAVAB BURAXIN